
Azərbaycan çempionu kimi ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək "Sabah" klubunun 1-ci təsnifat mərhələsində qarşılaşa biləcəyi rəqiblər müəyyənləşib.
AVESTA.AZ-in məlumatına görə, turnirin ilkin mərhələsində 28 komanda mübarizə aparacaq və "Sabah" səpələnməmişlər səbətində yer alacaq.
Bu səbətdə olan təmsilçimizin 14 səpələnmiş komandadan biri ilə qarşılaşma ehtimalı var. Artıq həmin siyahıda yer alan 13 klubun adı açıqlanıb:
-"Şemrok Rovers" (İrlandiya)
-KUPS (Finlandiya)
-"Drita" (Kosovo)
-"Linkoln Red İmps" (Cəbəllütariq)
-"Borats" (Bosniya və Herseqovina)
-"Vikinqur" (İslandiya)
-"Kayrat" (Qazaxıstan)
-"Universitatya Krayova" (Rumıniya)
-"Riqa" (Latviya)
-"Klaksvik" (Farer adaları)
-"Flora" (Estoniya)
-"Larn" (Şimali İrlandiya)
-"Petrokub" (Moldova)
Qeyd edək ki, püşkatma mərasimi iyunun 16-da keçiriləcək. İlk oyunlar iyulun 7–8-də, cavab görüşləri isə iyulun 14–15-də baş tutacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.