
ABŞ Dövlət Departamenti Hindistana ümumi dəyəri 428,2 milyon dollar olan silah satışını təsdiqləyib.
BAKU.WS xəbər verir ki, satış paketinə "Apache" helikopterləri üçün texniki dəstək xidmətləri və avadanlıqlar, həmçinin "M777A2 Ultra Yüngül Haubitsa" sistemləri daxildir.
Məlumata görə, "Apache" helikopterləri ilə bağlı xidmət və avadanlıqların dəyəri 198,2 milyon dollar təşkil edir. "M777A2" tipli haubitsaların satışının isə 230 milyon dollar həcmində olduğu bildirilib.
ABŞ tərəfi qeyd edib ki, bu addım Vaşinqton və Yeni Dehli arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə və Hindistanın hərbi imkanlarının artırılmasına xidmət edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.