
Azərbaycanın 7 şəhərinin baş planı təsdiqləmə mərhələsindədir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Türk Dövlətləri Təşkilatının Yüksək Səviyyəli Şəhər Dialoqunda deyib.
Onun sözlərinə görə, 2018-ci ildən bəri məkan planlaşdırılması sistemi yenidən qurulub:
"Ölkə daxilindəki şəhərlər indi mütəmadi olaraq yenilənən 20 illik baş planlarla idarə olunur. Bu gün 79 şəhərimizdən 65-i bu planlarla əhatə olunub, daha 7 şəhərin planı isə təsdiqləmə mərhələsindədir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.