
Bu gün UEFA Avropa Liqasında 2025/2026 mövsümünün final qarşılaşması keçiriləcək.
AVESTA.AZ xəbər verir ki, həlledici oyunda Almaniyanın SC Freiburg klubu İngiltərə təmsilçisi Aston Villa ilə üz-üzə gələcək.
Matç Türkiyənin Istanbul şəhərində yerləşən Beşiktaş Park stadionunda baş tutacaq.
Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Final oyununun baş hakimi Fransadan olan François Letexier olacaq.
Qeyd edək ki, ötən mövsüm UEFA Avropa Liqasının qalibi İngiltərənin Tottenham Hotspur klubu olmuşdu.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.