
Mavriki Prezidenti Daramber Qoxul İçərişəhər ziyarət edib.
Bu barədə AVESTA.AZ-ə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilib ki, Mavriki nümayəndə heyəti Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Buxara Karvansarası və digər tarixi-memarlıq abidələri ilə yaxından tanış olublar.
Qonaqlara İçərişəhərin UNESCO Dünya İrs Siyahısında tutduğu yer, tarixi-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələr, həmçinin yerli icma və sənətkarlarla əməkdaşlıq barədə ətraflı məlumat verilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.