
"BMT Azərbaycanla birgə işləməyə hazırdır".
AVESTA.AZ apa-ya istinadən xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən "Plastik çirklənmə ilə mübarizə: yaşayış üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" sessiyasında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şəhər Əsas Xidmətləri Şöbəsinin rəhbəri Andre Dzikus deyib.
O, problemlərin həllinin birgə həyata keçirilməsinə dəstək verməyə hazır olduqlarını vurğulayıblar: "WUF13 bu məsələdə əsas forumlardan biridir və gələcəkdə bunun müsbət nəticələrini görəcəyik. Şəhərin gələcəyi təkcə nəsə tikmək deyil, həm də nəyi istehsal etmək və geri dönüş proseslərini necə qurmaqla bağlıdır".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.