
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) IV günü öz işini davam etdirir.
Baku TV-nin əməkdaşı tədbirlə bağlı ən son məlumatları diqqətə çatdırıb. Bildirilib ki, forum çərçivəsində qurulan Azərbaycan pavilyonu iştirakçıların xüsusi marağına səbəb olub.
Burada Qarabağ xalçaları, milli-mədəni irs nümunələri, eləcə də Qarabağda həyata keçirilən yenidənqurma və müasir şəhərsalma layihələri nümayiş etdirilir.
Vurğulanıb ki, pavilyonda, həmçinin Bakının 2040-cı il Baş Planı, infrastruktur layihələri və müxtəlif yaşayış kompleksləri barədə məlumatlar təqdim olunur.
Qeyd edilib ki, forumda digər ölkələrin pavilyonları da fəaliyyət göstərir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.