
ABŞ və İran arasında münaqişənin həlli ilə bağlı danışıqların növbəti mərhələsi iyunun əvvəlində baş tuta bilər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən "Al Arabiya" telekanalı məlumat yayıb.
Qeyd olunub ki, görüş Həcc mövsümü başa çatdıqdan sonra İslamabadda baş tuta bilər. 2026-cı ildə əsas ziyarət ayinləri 25-29 may tarixləri arasında baş tutur.
Mənbələr həmçinin iddia ediblər ki, hazırda Vaşinqton və Tehran arasında razılaşmanın son versiyası üzərində iş gedir.
Bundan əlavə, Pakistan Ordusunun Baş Qərargah rəisi Asim Munirin gələn cümə günü "sazişin son versiyasını" təqdim etmək üçün İrana gələ biləcəyi bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.