
Azərbaycan ilə Səudiyyə Ərəbistanının arasında enerji sektoru üzrə əməkdaşlıq daha da genişlənəcək.
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında Səudiyyə Ərəbistanının layihə-inkişaf proqramlarının rəhbəri Həsən Alattas deyib.
Onun sözlərinə görə, iki ölkə arasında enerji sahəsində əlaqələr uzun illərə dayanır və bu istiqamətdə əməkdaşlıq davam edir: "COVID-19 pandemiyası dövründə Səudiyyə Ərəbistanının energetika naziri Azərbaycana səfər edib və tərəflər arasında koordinasiya daha da güclənib. Enerji sahəsində əməkdaşlıq Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərində mühüm yer tutur".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.