Bu gün, 16:48 87

Dünya liderləri Prezident İlham Əliyevi təbrik edirlər

Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AVESTA.AZ xəbər verir ki, mətndə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına şəxsən öz adımdan, Avstraliya Hökuməti və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Avstraliya ehtiyac duyulan zamanlarda, o cümlədən 2025-ci ildə vətəndaşlarımızın İrandan təxliyə olunmasına göstərdiyi köməyə görə Azərbaycana dərin minnətdarlığını bildirir.

Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcəkdir".

***

Livan Prezidenti general Cozef Aun Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

AVESTA.AZ xəbər verir ki, Livan Prezidentinin təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Livan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə möhkəm cansağlığı, şəxsi rifah, müdrik rəhbərliyinizlə dost Azərbaycan Respublikasına və onun xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram.

Birlik və əməkdaşlıq dəyərlərini təcəssüm etdirən bu bayram qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, xalqlarımızın, ölkələrimizin rifahı və mənafeyi naminə yeni nailiyyətlərin qazanılması məqsədilə birgə səylərimizin gücləndirilməsi baxımından bir fürsətdir.

Zati-aliləri, ən yüksək ehtiramımı və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".

***

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Prezidenti İlham Əliyevi 28 May Müstəqillik Günü münasibətilə təbrik edib.

AVESTA.AZ-in məlumatına görə, təbrikdə deyilir:

"Əlamətdar tarix - 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına öz adımdan və Cənubi Afrika Respublikasının Hökuməti və xalqı adından ən səmimi təbriklərimizi, xoş arzularımızı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı arzulayır, ölkələrimiz arasındakı mükəmməl dostluq münasibətlərini daha da inkişaf etdirmək niyyətimizi bir daha bəyan edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***16:26

Malta Respublikasının Prezidenti Miriam Spiteri Debono Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

AVESTA.AZ xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Malta xalqı adından səmimi təbriklərimi çatdırıram.

Diplomatik münasibətlərin qurulduğu vaxtdan etibarən Malta ilə Azərbaycan qarşılıqlı hörmətə və anlaşmaya əsaslanan dostluq əlaqələrini uğurla davam etdirirlər. Əminəm ki, ikitərəfli və çoxtərəfli əməkdaşlığımız gələcək illərdə daha da möhkəmlənəcəkdir.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***16:22

Koreya Respublikasının Prezidenti Li Cemyön Azərbaycan Prezidenti İlham Əliyevi 28 May Müstəqillik Günü münasibətilə təbrik edib.

AVESTA.AZ xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Koreya Respublikasının Hökuməti və xalqı adından səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Koreya ilə Azərbaycanın sarsılmaz dostluğa və dərin etimada əsaslanan əməkdaşlıq münasibətlərinin davamlı şəkildə inkişafını olduqca önəmli hesab edirəm.

Ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə və müxtəlif sahələrdə sıx mübadilələr vasitəsilə əməkdaşlığımızın üfüqlərinin genişlənəcəyinə ümidvaram.

Zati-aliləri, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasına davamlı tərəqqi və firavanlıq, xalqınıza xoşbəxtlik arzulayıram".

***

Belçikalıların Kralı Filip Azərbaycan Prezidenti İlham Əliyevi 28 May Müstəqillik Günü münasibətilə təbrik edib.

AVESTA.AZ xəbər verir ki, təbrikə deyilir:

"Azərbaycan Respublikasının milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərimi yetirir, rifah və firavanlıq arzulayıram".

***

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevi ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik edib.

AVESTA.AZ xəbər verir ki, Misir Prezidentinin təbrik məktubunda deyilir:

"Zati-aliləri cənab Prezident.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Bu əlamətdar günü Sizinlə birlikdə qeyd edərkən, Misir və Azərbaycan arasında mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Eyni zamanda, dost xalqlarımızın mənafeyinə uyğun olaraq ortaq maraq doğuran müxtəlif sahələrdə əlaqələrimizin daha da dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində Sizinlə sıx əməkdaşlıq etməyə sadiq qaldığımı bir daha təsdiqləyirəm.

Hörmətli cənab Prezident, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".

***

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AVESTA.AZ həmin məktubun mətnini təqdim edir:

"Möhtərəm Prezident, əziz Qardaşım.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına daha da çox inkişaf və firavanlıq arzu edirəm".

Bundan başqa, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi də dövlətimizin başçısına təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Bu əlamətdar günü Sizinlə birlikdə qeyd edərkən, Misir və Azərbaycan arasında mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Eyni zamanda, dost xalqlarımızın mənafeyinə uyğun olaraq ortaq maraq doğuran müxtəlif sahələrdə əlaqələrimizin daha da dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində Sizinlə sıx əməkdaşlıq etməyə sadiq qaldığımı bir daha təsdiqləyirəm.

Hörmətli cənab Prezident, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".

***

Çex Respublikasının Prezidenti Petr Pavel də Azərbaycan Prezidentini təbrik edib.

Təbrik məktubunda deyilir:

"İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırım.

Çex Respublikası Azərbaycan Respublikası ilə münasibətlərini yüksək qiymətləndirir və əməkdaşlığı daha da möhkəmləndirməkdə maraqlı olduğunu bir daha təsdiqləyir. Ölkələrimiz arasında enerji, sənaye, ticarət, investisiya, elm və təhsil sahələrində davamlı inkişaf edən əlaqələri yüksək qiymətləndiririk və tərəfdaşlığımızın hər iki ölkə üçün faydalı olacağına əminik. Biz, həmçinin Azərbaycanın daha geniş regionda sabitliyə və əməkdaşlığa töhfə verən tərəfdaş kimi mühüm rolunu yüksək dəyərləndiririk.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram".

Eyni zamanda, Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç də Prezident İlham Əliyevə təbrik məktubu göndərib:

"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, xalqınıza tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Xorvatiya ilə Azərbaycanı çoxillik əməkdaşlıq və dostluq əlaqələri bağlayır. Əminəm ki, dost ölkələrimizin münasibətlərinin inkişafı və yeni istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi ilə bağlı fəaliyyətimiz davam edəcəkdir. Hər iki ölkənin iqtisadi imkanları əməkdaşlığımızın daha da möhkəmlənməsi üçün stimul ola bilər.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Mərakeşin Kralı VI Məhəmməd də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə böyük məmnunluq hissi ilə ən səmimi təbriklərimi çatdırır, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza daha çox tərəqqi və firavanlıq arzulayıram.

Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasındakı sıx münasibətlərə çox böyük dəyər verirəm.

Əməkdaşlığımız onu dərinləşdirmək və qardaş ölkələrimizin vətəndaşlarının istəklərinə uyğun olan xüsusi tərəfdaşlıq qurmaq əzmimizlə daha da möhkəmlənir".

Paylaş

Xəbər lenti

III Çarlz: Azərbaycanla əməkdaşlığımızın daha da genişləndirilməsinə sadiq qaldığımı bildirirəm Bu gün, 19:48 Bakıda bu ərazidə parklara əyləncə və idman avadanlıqları QURAŞDIRILACAQ Bu gün, 19:48 Vitse-prezident: "Dünya Bankı Azərbaycanın infrastruktur layihələrində özəl kapitalın iştirakını dəstəkləməyə hazırdır" Bu gün, 19:48 Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib Bu gün, 19:48 İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib Bu gün, 19:48 Azərbaycandan digər istiqamətlərə qatar reysləri bərpa ediləcək? - VACİB AÇIQLAMA Bu gün, 19:48 Everestə bir gündə qalxan alpinistlərin sayında rekord qeydə alınıb Bu gün, 19:48 Prezident: COP29 kimi WUF13 də uğurla təşkil edilib Bu gün, 19:48 Bəşir Hacıyev: Kəlbəcər mina ilə ən çox çirklənmiş ərazidir Bu gün, 18:48 Sabah Yasamalın bu hissəsində İŞIQ OLMAYACAQ Bu gün, 18:48 Dövlət orqanlarının azad edilmiş ərazilərdə işləyən əməkdaşlarına mənzil kirayəsinə görə əlavə pul veriləcək Bu gün, 18:48 Bu gün dolu düşüb - Faktiki hava Bu gün, 18:48 Vətəndaş Qəbulu Mərkəzində iyun ayında qəbul cədvəli açıqlanıb Bu gün, 18:48 Premyer Liqada transfer tarixləri açıqlandı Bu gün, 18:48 Gözümüzü yumub-açanda Tbilisidə olacağıq Bu gün, 17:49 UNESCO rəsmisi: İlham Əliyevin WUF13-də səsləndirdiyi fikir mühüm əhəmiyyət daşıyır Bu gün, 17:49 AYNA: İctimai nəqliyyatda "brutto müqaviləsi" modeli gedişhaqqı sistemini inkişaf etdirəcək Bu gün, 17:49 Ukraynada mənzil sektoruna dəyən ziyan 90 milyard dollara yaxınlaşır Bu gün, 17:49 FHN Xaçmazda təlim keçirib, nöqsanlar aşkarlanıb Bu gün, 17:49 Sadır Japarov Azərbaycan Prezidentini təbrik edib Bu gün, 17:48 WUF13-də qlobal şəhərlər reytinqi siyahısı açıqlanıb Bu gün, 17:48 Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib Bu gün, 17:48 İlin sonuna qədər Kəlbəcərin Zar kəndinə əhalinin qayıdışı nəzərdə tutulur Bu gün, 17:48 Ukrayna səfiri: "Azərbaycana xüsusi təşəkkür edirəm" Bu gün, 17:48 Azərbaycanla BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib Bu gün, 17:48 Zəngilanda sərfəli sıra evlər konseptində yeni prototip təqdim olunub Bu gün, 16:48 Aygün Əliyeva: COP29-dan sonra WUF13-ün Azərbaycanda keçirilməsi ölkəyə göstərilən etimadın nəticəsidir Bu gün, 16:48 Bakı–Tbilisi–Bakı qatarında siniflər üzrə gediş QİYMƏTLƏRİ - 180 manat Bu gün, 16:48 Rüfət Mahmud: "İçərişəhər sadəcə açıq hava muzeyi deyil, yaşayış məkanıdır" Bu gün, 16:48 Fərid Cəfərov: Qarabağda mədəni mühitin işğaldan əvvəlki vəziyyətdə bərpası prioritetdir Bu gün, 16:48 "Qarabağ"ın sirr kimi saxladığı transferi Bakıya gəldi Bu gün, 16:48 ABŞ "USS Nimitz" aviadaşıyıcısını Karib hövzəsinə göndərdi Bu gün, 16:48 "Neftçi"dən ilk transfer həmləsi: Braziliyalı futbolçu hədəfdə Bu gün, 16:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Ombudsman Aparatı arasında Əməkdaşlıq Memorandumu imzalanıb Bu gün, 16:48 Şahbaz Şərif İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib Bu gün, 16:48 Dünya liderləri Prezident İlham Əliyevi təbrik edirlər Bu gün, 16:48 İldırım vurması nəticəsində ən çox hansı məişət cihazları ziyan görür? Bu gün, 15:48 Qarabağ və Şərqi Zəngəzurda irsə həssas şəhər planlaşdırması tətbiq olunur Bu gün, 15:48 Rossbax: WUF13-də ilk dəfə dövlət başçıları mənzil siyasətini birgə müzakirə ediblər Bu gün, 15:48 ABŞ kəşfiyyatı: İran hərbi imkanlarını gözləniləndən daha sürətlə bərpa edir Bu gün, 15:48 Bakıda gecə saatlarında yağış yağacaq Bu gün, 15:48 Dövlət Komitəsi: Şəhərlərdə yeni "yaşıl dəhliz"lərin yaradılması nəzərdə tutulur Bu gün, 15:48 Azərbaycan və Dünya Bankı "Yaşanıla bilən Bakı" layihəsi üzrə hazırlıq işlərini müzakirə edib Bu gün, 15:48 Qarabağda qurulan inkişaf modeli beynəlxalq nümunə kimi göstərildi Bu gün, 15:48 Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək Bu gün, 15:48 Canni İnfantino "Sabah"ı çempionluq münasibəti ilə təbrik edib Bu gün, 15:48 Ərdoğan Zakir Həsənov birgə "EFES-2026" təlimini izləyib Bu gün, 15:48 CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR