
"Bakıda 136 ölkədən 67 min iştirakçını, o cümlədən onlayn qoşulan 3000-dən çox insanı bir araya gətirərək rekord sayda iştirak təmin etdiniz və güclü, vahid bir mesaj verdiniz".
AVESTA.AZ xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində çıxışı zamanı deyib.
Rossbax, həmçinin beynəlxalq əməkdaşlığın əhəmiyyətinə diqqət çəkərək bildirib ki, bu həftə BMT strukturları, hökumətlər, yerli idarəetmə orqanları, 130-dan çox mer, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələrinin bir araya gəlməsi mühüm nəticə ortaya qoyub: "Əsas həqiqət ondan ibarətdir ki, mənzil yalnız iqtisadi artım məsələsi deyil, mənzil insan hüququdur".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.