
İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və inkişaf işləri bölgədə məşğulluq imkanlarını genişləndirməyə davam edir. Həyata keçirilən iri tikinti, infrastruktur və xidmət layihələri nəticəsində Qarabağ və Şərqi Zəngəzurda müxtəlif sahələr üzrə yeni vakansiyalar açılıb.
BAKU.WS-in məlumatına görə, hazırda bölgənin bir sıra şəhər və qəsəbələrində fərqli ixtisaslar üzrə işçi axtarışı aparılır. Vakansiyalar texniki, xidmət, inzibati və digər sahələri əhatə edir.
Təklif olunan əməkhaqqı namizədin peşə bacarıqları və iş təcrübəsinə uyğun olaraq təyin edilir. Maaşlar 450 manatdan başlayaraq 2300 manatadək dəyişir.
Müraciət etmək istəyən şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifənin adının qeyd olunması tələb olunur.
CV-si olmayan şəxslər üçün də xüsusi imkan yaradılıb. Vətəndaşlar cvyarat.az platforması üzərindən qısa müddətdə və ödənişsiz şəkildə CV hazırlayaraq vakansiyalara müraciət edə bilərlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.