5-01-2023, 17:00 478

Azərbaycan sığortaçıları 2022-ci ili necə başa vurub?

2022-ci ili Azərbaycanın sığorta sektoru üçün uğurlu saymaq olar.

İlkin məlumatlara görə, ötən il yerli sığorta şirkətləri rekord məbləğdə - təxminən 1 milyard manat sığorta haqqı toplayıb ki, bu da əvvəlki ilə nisbətən təxminən 15% artım deməkdir.

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyində də başa çatmış ilin sığortaçılar üçün uğurlu olması qənaətindədirlər. "Report" qurumun İcraçı direktoru Elmar Mirsalayevlə həmsöhbət olub.

Onun sözlərinə görə, ötən il ASA sığorta təhsilinin sistemli təşkil olunması ilə bağlı ölkənin aparıcı universitetləri ilə əməkdaşlığa başlayıb: "Bu əməkdaşlıqlar sayəsində növbəti ildən ölkəmizdə ali təhsil səviyyəsində sistemli sığorta tədrisini yenidən bərpa etmək mümkün olacaq. Bilirsiniz ki, 10-12 il əvvəl ölkəmizdə fəaliyyət göstərən bəzi ali təhsil ocaqlarında ayrıca sığorta fakültələri fəaliyyət göstərsə də, daha sonra onların fəaliyyəti dayandırılmışdı. Məhz buna görə biz ASA olaraq universitetlərdə sistemli sığorta təhsilinin bərpası məqsədilə addımlar atdıq. Məsələn, Azərbaycan Dövlət İqtisad Universiteti ilə gəldiyimiz razılığa əsasən, sistemli sığorta təhsilini ilk olaraq magistratura və doktorantura səviyyəsində bərpa edəcəyik. Bununla sektor yeni və peşəkar sığortaçılar qazanacaq, eləcə də yerli sığorta mütəxəssisləri paralel olaraq pedoqoji fəaliyyətə cəlb ediləcək".

E.Mirsalayev deyir ki, ilin əlamətdar hadisələrindən biri də Türk Dünyası Sığorta Birliyinin qurulması olub: "5 türkdilli dövlətin - Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın sığortaçılar birliklərinin iştirakı ilə təsis olunan bu birlik regional sığorta siyasətinin formalaşmasında və türkdilli ölkələrin sığorta bazarlarının paralel inkişafında mühüm rol oynayacaq. Həmtəsisçilərdən biri olaraq Birliyin “Yol xəritəsi”ni hazırlamışıq, Nizamnaməsini isə hazırlamaqdayıq. Başlıca ortaq məramımız Türk Dünyası Sığorta Birliyinin Türk Dövlətləri Təşkilatının nəzdinə daxil olmasıdır. 2023-cü il Birliyin ilk və uğurlu fəaliyyət ili olacaq".

Bundan başqa, onun sözlərinə görə, 2022-ci ildə Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında dünya təcrübəsinə uyğun olaraq bir sıra yeniliklər tətbiq olunub: "Oktyabrın 1-dən yeni risk əmsalları, noyabrın 1-dən isə zərərlərin birbaşa tənzimlənməsi mexanizmi işə düşdü. Bununla da sığortada həm ədalətli yanaşma forması, həm də istehlakçı rahatlığı təmin olundu, sektorda yeni bir era başladı".

E.Mirsalayev 2021-ci ildən ölkədə sığorta sahəsində başlamış maarifləndirmə tədbirlərinin 2022-ci ildə də davam etdirildiyini bildirir: "Azərbaycan Mərkəzi Bankı, ASA və İcbari Sığorta Bürosu arasında imzalanmış memoranduma əsasən, artıq ikinci ildir ki, ölkədə genişmiqyaslı sığorta maarifləndirməsi və qarşısıalınma tədbirləri həyata keçiririk. Həm yerli bazarda böyümə trendini, həm də sığorta xidmətləri ilə bağlı məlumatlılığı təmin etmək, bununla yanaşı, sığorta xidmətlərinin keyfiyyətini yüksəltmək məqsədilə sığorta maarifləndirməsi işləri 2023-cü ildə də davam edəcək. Burada başlıca məqsəd sektorun inkişafıdır. Çünki bu, həm də iqtisadiyyatın və ümumilikdə ölkənin inkişafı deməkdir".

"ASA olaraq sığorta bazarının inkişafı üçün müxtəlif qurumlarla əməkdaşlıq əlaqələrini 2022-ci ildə də davam etdirdik. Bu istiqamətdə istər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə, istər İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, istərsə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə qurduğumuz əlaqələr sektor təmsilçisi olaraq vacib uğurlarımızdan oldu. Qurulan əməkdaşlıqların növbəti ildə davam etdirilməsini, o cümlədən yeni əlaqələrin qurulmasını planlaşdırırıq", - deyə o qeyd edib.

"Əminliklə deyə bilərəm ki, bu gün Azərbaycan Mərkəzi Bankı sığorta sektoruna nəzarət və tənzimləmə işini çox uğurlu və məqsədyönlü şəkildə həyata keçirir. Bütün iqtisadiyyat üçün təhdid olan pandemiyadan sığorta sektorunun minimum itki ilə ayrılması, daha sonra stabil və davamlı bazar böyümənin təmin olunması, sığorta xidmətlərində keyfiyyətin yüksəldilməsi, sığortaçıların maliyyə dayanıqlılığının təmin olunması və digər bu kimi faktorlar qurumun uğurlu nəzarət siyasəti ilə bilavasitə bağlıdır. ASA da sektor təmsilçisi olaraq, bu uğurlu prosesdə nəzarətedici orqandan dəstəkverici addımlarını əsirgəmir. Sığorta bazarı bu gün dayanıqlı əsaslarla inkişaf edir. 2023-cü il sığorta sektoruna yeni imkanlar qazandıracaq. Proqnozlaşdırırıq ki, sığorta bazarındakı böyümə bu il də davam edəcək", - deyə E.Mirsalayev fikrini yekunlaşdırıb.

Paylaş

Xəbər lenti

Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Bu gün, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Bu gün, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Bu gün, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Bu gün, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Bu gün, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Bu gün, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR