
Samir Rzayev AzTV-yə müsahibəsində 2024-cü ildə AZAL təyyarəsinin vurulması ilə bağlı kompensasiya məsələsinə münasibət bildirib.
AZAL prezidenti qeyd edib ki, Azərbaycan və Rusiya arasında aparılan danışıqlar nəticəsində kompensasiyanın ödənilməsi ilə bağlı razılığa əsasən qəza zamanı həyatını itirən şəxslərin vərəsələrinə ödənişlərin Rusiya tərəfi tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.
Eyni zamanda, hadisə nəticəsində AZAL-a dəyən zərərin kompensasiya olunması prosesi də həyata keçiriləcək.
Bildirilib ki, ümumi kompensasiya məbləğinin Azərbaycana köçürülməsi yaxın vaxtlarda planlaşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.