Bu gün, 08:48 55

Yeni tikililərlə bağlı VACİB dəyişiklik: Qərar mənzil bazarını silkələyəcək

Nazirlər Kabineti "Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar"ı təsdiq edib. Belə ki, çoxmənzilli yaşayış binalarında mənzillər üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına yalnız müəyyən hallarda icazə veriləcək.

Bu hallar binanın azmərtəbəli (5 mərtəbəyədək) olması, yerləşdiyi ərazidə qaz təchizatının nəzərdə tutulmaması, eləcə də istilik təchizatının fərdi qaydada bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi hallarını əhatə edir.

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Qərara əsasən, bu sistemlər yalnız müəyyən hallarda, o cümlədən 5 mərtəbəyədək binalarda layihələndirilə biləcək. Halbuki son illərdə tikilən yeni yaşayış binalarının əksəriyyətində fərdi istilik sistemi kimi kombi nəzərdə tutulur.

Qərar kombi sistemi olan mövcud və planlaşdırılan binalara necə təsir edəcək, ümumilikdə yeni tikinti və mənzil bazarında hansı dəyişikliklərə səbəb ola bilər?

Yeni tikililərlə bağlı VACİB dəyişiklik: Qərar mənzil bazarını silkələyəcək

"Qərar yeni binalara şamil olunur"

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, bu tələblər yalnız bundan sonra layihələndiriləcək yeni binalara şamil olunur:

"Hüquqi baxımdan hər hansı normativ aktın geriyə qüvvəsi yoxdur. Nazirlər Kabinetinin qərarında da açıq şəkildə göstərilir ki, yeni tikililər artıq yeni normativlərə uyğun layihələndirilməlidir. Mövcud binalarda fərdi istilik sistemləri istifadədə qalacaq. Lakin yeni qaydalara əsasən bəzi binalarda fərdi sistemlərin tətbiqi üçün texniki imkanlar məhdud ola və ya ümumiyyətlə nəzərdə tutulmaya bilər. Bu halda yeni binalarda mərkəzləşdirilmiş istilik və digər alternativ sistemlər layihə mərhələsində nəzərdə tutulmalıdır".

"Əlavə infrastruktur tələb edir"

Bu dəyişikliklərin mənzil bazarına və qiymətlərə təsirinə gəldikdə isə, ekspert bildirir ki, ilk növbədə tikinti xərclərinin artması amili var:

"Çünki mərkəzləşdirilmiş istilik sistemləri əlavə infrastruktur tələb edir. Buraya həm idarəetmə xərcləri, həm qazanxananın saxlanılması, həm də texniki xidmət xərcləri daxildir. Əvvəllər kombi sistemlərində vətəndaş yalnız istifadə etdiyi qədər xərc ödəyirdi. Yeni sistemdə isə daimi xidmət, idarəetmə və texniki baxım xərcləri formalaşa bilər. Əgər bina düzgün izolyasiya olunmayıbsa və enerji səmərəliliyi aşağıdırsa, aylıq xərclər daha da arta bilər ki, bu da sakinlər üçün əlavə maliyyə yükü yaradacaq. Digər tərəfdən, yeni normativlərə uyğun tikilən binalar daha təhlükəsiz və texniki baxımdan daha müasir olacaq. Xüsusilə qaz təhlükəsizliyi baxımından mərkəzləşdirilmiş sistemlərin üstünlükləri var".

Yeni tikililərlə bağlı VACİB dəyişiklik: Qərar mənzil bazarını silkələyəcək

Mənzil qiymətləri artacaq?

V.Orucun sözlərinə görə, uzunmüddətli perspektivdə bu dəyişikliklər daha komfortlu və təhlükəsiz yaşayış şəraiti yarada bilər. Lakin qısa müddətdə mənzil qiymətlərinin və yaşayış xərclərinin artması ehtimalı var:

"Ümumilikdə, şəhər yaşayışında əvvəlki daha ucuz model tədricən dəyişir və daha çox xidmət əsaslı, daha bahalı, amma eyni zamanda daha təhlükəsiz və komfortlu yaşayış modelinə keçid baş verir. Yeni qaydalar yeni layihələrdə və tikililərdə həm layihələndirmə, həm də tikinti yanaşmasını dəyişəcək. Bu, prinsip etibarilə daha komfortlu, daha təhlükəsiz və binaların görünüşü baxımından müasir standartlara uyğun tikililərin inşasını təşviq edən yanaşmadır. Eyni zamanda bu model vətəndaşların təhlükəsizliyinin daha yaxşı təmin olunmasına, vahid mərkəzdən istismar xidmətlərinin göstərilməsinə və digər kommunal ehtiyacların daha sistemli şəkildə qarşılanmasına imkan yaradacaq. Bu isə faktiki olaraq binaların peşəkar idarəetmə sisteminin formalaşması deməkdir.

Əgər gələcəkdə binaların idarə olunması ilə məşğul olan ayrıca peşəkar şirkətlər və ya idarəetmə strukturları formalaşarsa, bu, ümumilikdə şəhərsalmada yeni yanaşmanın bir hissəsinə çevriləcək. Bu model daha çox müasir urbanizasiya prinsiplərinə əsaslanır. Bu dəyişikliklər bazarda da ciddi transformasiya yaradacaq. Çünki zaman keçdikcə köhnə tikililər söküləcək və onların yerində yeni normativlər əsasında inşa edilən binalar tikiləcək. Bu gün müasir hesab etdiyimiz bəzi yeni tikililər də gələcəkdə köhnə fonda çevriləcək. Onların yerini isə artıq daha yüksək standartlara cavab verən, yeni layihələndirmə prinsipləri ilə tikilən və A, B, C enerji səmərəliliyi pasportlarına malik binalar tutacaq. Yəni bazar mərhələli şəkildə yenilənəcək və alıcı seçimi getdikcə daha çox enerji səmərəliliyi, təhlükəsizlik, idarəetmə keyfiyyəti və yaşayış komfortu kimi meyarlar üzərində formalaşacaq".

Yeni tikililərlə bağlı VACİB dəyişiklik: Qərar mənzil bazarını silkələyəcək

Alternativ enerji, səmərəli istilik həlli

İnşaat eksperti Elnur Azadov deyir ki, bu qərarın qəbul edilməsinin arxasında bir neçə əsas səbəb dayanır və məsələni yalnız mənzil bazarı prizmasından qiymətləndirmək düzgün olmaz: "Burada alternativ enerji və daha səmərəli istilik həllərinə keçid məsələsi də var. Əsas səbəblərdən biri ekoloji amillərlə bağlıdır. Fərdi qaz sistemlərinin geniş yayılması qaz emissiyalarını artırır və bu da xüsusilə iri şəhərlərdə ekoloji yük yaradır. Dövlətin daha ekoloji şəhər mühiti formalaşdırmaq istiqamətində hədəfləri var".

Yeni tikililərin əsas prioritetləri

İnşaat mütəxəssisi vurğulayır ki, ikinci məsələ təhlükəsizliklə bağlıdır: "Keyfiyyətsiz quraşdırılmış fərdi istilik sistemləri bəzi hallarda qaz sızması, partlayış və digər təhlükəli hallara səbəb olur. Bu baxımdan mərkəzləşdirilmiş və daha nəzarətli sistemlər riskləri azaltmağa hesablanıb. Digər mühüm məsələ isə mərkəzləşdirilmiş qazanxana sistemlərinin inkişaf etdirilməsi ilə bağlıdır. Son illərdə bu istiqamətdə müxtəlif müzakirələr aparılırdı və nəticə etibarilə qərar verildi ki, gələcəkdə yeni tikilən binaların bu sistemlərə inteqrasiyası daha geniş tətbiq olunsun. Bununla yanaşı, binaların enerji səmərəliliyinin artırılması istiqamətində də işlər görülür. Yeni tikililərdə izolyasiya standartlarının gücləndirilməsi, enerji sərfiyyatının azaldılması və daha effektiv resurs istifadəsi əsas prioritetlərdən biridir".

Yeni tikililərlə bağlı VACİB dəyişiklik: Qərar mənzil bazarını silkələyəcək

Belə bir sistem formalaşarsa...

Həmsöhbətimizin sözlərinə görə, gələcəkdə enerji effektivliyi ilə bağlı daha sərt qanunvericilik tələblərinin tətbiqi də mümkündür. Bu çərçivədə binalara enerji siniflərinin verilməsi nəzərdə tutula bilər: "Belə bir sistem formalaşarsa, yüksək enerji sinfinə malik binalar bazarda daha cəlbedici olacaq və hətta gələcəkdə onların kommunal xərclər baxımından da müəyyən üstünlüklər əldə etməsi mümkündür. Yəni bu qərar yalnız istilik sistemlərinin dəyişdirilməsi deyil, daha geniş şəkildə şəhərsalma, enerji səmərəliliyi, təhlükəsizlik və ekologiya siyasətinin bir hissəsi kimi qiymətləndirilməlidir".

Paylaş

Xəbər lenti

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 Bakının sirli kəndi: Əmircanın bilinməyən tarixçəsi Bu gün, 08:48 Kamal Abdulla niyə "qadın evdə otursa, daha yaxşıdır" dedi? Bu gün, 08:48 Kür çayında TƏHLÜKƏLİ VƏZİYYƏT Bu gün, 08:48 HƏYƏCAN TƏBİLİ: Problemli kreditlər bir ildə 28 faizdən çox artdı Bu gün, 08:48 Bakıda 9 istiqamətdə tıxac müşahidə olunur Bu gün, 08:48 Alla Puqaçovanı geridə qoyan azərbaycanlı sənətkar Bu gün, 08:48 Yeni tikililərlə bağlı VACİB dəyişiklik: Qərar mənzil bazarını silkələyəcək Bu gün, 08:48 Azərbaycan Ordusundan yeni güc: BMP-1-lər "ağıllı ovçu"ya çevrilir Bu gün, 08:48 Dəyişkən hava sağlamlığa necə təsir edir? Bu gün, 00:48 Sabah bu rayonda işıq olmayacaq Dünən, 23:49 "Ceyms Uebb" teleskopu Finlandiya saunasının temperaturuna yaxın qaz nəhəngi aşkarlayıb Dünən, 23:48 Xromosomlar nədir və niyə vacibdir? Yəni orqanizmin genetik "təlimatı" necə işləyir? Dünən, 23:48 "Əsas problem əlaqənin kəsilməsidir" - Su basan kəndin sakinləri danışdılar Dünən, 22:48 Bakı-Tbilisi-Bakı qatarından kimlər pulsuz istifadə edəcəklər? - TƏFƏRRÜAT Dünən, 22:48 Hansı bürclər tez sıxılır? – Astroloqlar səbəbləri açıqladı Dünən, 22:48 Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib Dünən, 21:48 Qurbanlıq heyvan seçərkən nələrə diqqət edilməlidir? Dünən, 21:48 Sabah Bakının bir sıra ərazilərində qaz kəsiləcək Dünən, 21:48 Paytaxtda "Opel" markalı avtomobil yandı Dünən, 20:48 İranla razılaşma imzalanana qədər dəniz blokadası davam edəcək - Tramp Dünən, 20:48 Bakıda divar uçdu, avtomobillər əzildi Dünən, 20:48 Bəzi rayonlarda intensiv yağıntı müşahidə olunur - FAKTİKİ HAVA Dünən, 19:48 "Qarabağ" Zakira Savonu transfer edib Dünən, 19:48 SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində sığınacaqlar yaradılıb Dünən, 19:48 Azərbaycan güləşçisi Avropa çempionu oldu Dünən, 19:48 Bakıda və Abşeron yarımadasında intensiv yağış yağacaq Dünən, 18:48 "Karvan-Yevlax" son dəqiqələrdə qələbəni əldən verdi Dünən, 18:48 Şəhidlərin xatirəsi yad edilib Dünən, 18:48 Dəyişən çempion, yeniliklərlə yadda qalan mövsüm: Premyer Liqanın YEKUNLARI Dünən, 18:48 Kürdəmirdə 21 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı Dünən, 18:48 ABŞ və İran arasında danışıq bu tarixdə olacaq Dünən, 17:48 WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir Dünən, 17:48 ABŞ və İran arasında yeni razılaşma: Hörmüz boğazı açılır? Dünən, 17:48 Kiyevə raket zərbələri: Sakinlər Baku TV-yə danışdılar Dünən, 17:48 Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı bəlli olub Dünən, 16:48 Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər Dünən, 16:48 Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq Dünən, 16:48 Bu yolda bərpa işlərinə başlanılıb Dünən, 16:48 Bakıda 22 yaşlı oğlan qəfil vəfat etdi Dünən, 16:48 Eboladan ölənlərin sayı 204-ə çatdı -Konqo Dünən, 16:48 Mənzil alanlara xəbərdarlıq: Sahələr süni şəkildə şişirdilir Dünən, 15:48 ABŞ və İran danışıqlarda irəliləyiş əldə edib - Rubio Dünən, 15:48 Qarabağ və Dilbaz atları Almaniyada xüsusi maraq doğurub Dünən, 15:48 Qvardiola gələcək planlarını açıqlayıb: "İstirahətə ehtiyacım var" Dünən, 14:48 "Rüya gibi"nin aktyoru yeni serialda Dünən, 14:48 "Sabah"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki mümkün RƏQİBLƏRİ Dünən, 14:48 Naxçıvanda II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR