Bu gün, 09:48 86

Qurban bayramı ilə bağlı fətva verildi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib.

AVESTA.AZ-in məlumtına görə, fətvada deyilir:

"Bağışlayan və Mərhəmətli Allahın adı ilə!

Qarşıdan İslam aləmi və xalqımızın müqəddəs günlərindən biri, Rəbbimizin insanlığa lütf və inayətinin rəmzi olan mübarək Qurban bayramı gəlir. Bütün səmavi dinlərin əziz tutduğu, Həzrət İbrahim əleyhissalamın əhdi və Həzrət İsmayıl əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün əsrlər boyudur ki, dünyamıza ümumbəşəri birlik və insanpərvərlik mesajını çatdırır.

Müsəlman aləmi üçün əziz olan mübarək Eyd-əl-Əzha ərəfəsində Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası ənənəvi olaraq Qurban bayramına dair tövsiyələrini çatdırmağı vacib bilir:

Bildiririk ki, Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək yalnız Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulmuşdur. Digər yerlərdə isə imkanı olan şəxslərin qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir ailələrə paylamaq - böyük savab sayılır. Uca Allah müqəddəs Qurani-Kərimdə qurbanlığın dəyərini deyil, xeyirxah və təmiz niyyətin əhəmiyyətini vurğulayır: "Onların (qurbanların) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Ona çatan yalnız sizin təqvanızdır..." (Həcc; 37). Mübarək ayədəki ilahi hikmətə inanan hər kəs Qurban ibadətinin mahiyyətini təhrif etməkdən, bidətçi yanaşmalardan çəkinməlidir.

Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, fəqət əziz Peyğəmbərimizin (s) tövsiyəsinə görə, imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir il, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə imkansız ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.

AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 27 may tarixinə təsadüf edəcəkdir. Bu il Türk Dövlətləri Təşkilatı Dini idarə rəhbərləri Şurasının 18 may 2026-cı ildə qəbul edilən yekdil fətvası ilə bayram günü 27 may tarixi kimi təsdiqlənmişdir. Şəriətə uyğun olaraq Qurban kəsimi 27 may tarixindən başlayaraq 3 gün davam edə bilər. May ayının 27-də məscidlərimizdə Bayram namazları qılınacaqdır, inşaAllah.

Аzərbаycаndа Qurbаn Bаyrаmı günləri dövlət tərəfindən qeyri-iş günü elаn edilmişdir. Dövlətimizin dindarlara olan özəl diqqətinə görə təşəkkürümüzü bildirir, milli-mənəvi dəyərlərimizin hamisi dövlət başçımız Zati-aliləri İlham Əliyev cənablarını və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı bayram münasibətilə təbrik edir, ailələrinə dindarlarımızın xeyir-dualarını yetirir, dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişafı naminə xeyirxah və səmərəli fəaliyyətlərinə uğurlar arzulayırıq.

Həzrət Peyğəmbər (s) hədisi-şəriflərinin birində buyurmuşdur: "Adəm oğlu Qurban bayramı günündə Allah üçün qurbanlıq kəsməkdən daha gözəl bir iş edə bilməz". Bu ibadətin gözəlliyi ondan ibarətdir ki, insanı Allaha yaxınlaşdırır, təvazökarlığı, itaətkarlığı və xeyirxahlığı təlqin edir, müsəlmanlar arasında ictimai birliyi və ünsiyyəti, sevgi və qardaşlıq əlaqələrini gücləndirir. Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs bayram günlərində Vətənimiz və millətimiz üçün dualar etməliyik. Həmd olsun Allaha ki, Azərbaycan xalqı müdrik dövlət öndəri, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Allah Vətən uğrunda canlarından keçmiş, uca şəhidlik məqamına yüksəlmiş övladlarımıza rəhmət eləsin, qəhrəman qazilərimizə şəfa bəxş etsin, şanlı ordumuzun bütün əsgər və zabitləri üçün dilədiyimiz xeyir-dualar müstəcab olsun! Uca Allah Azərbaycan dövlətini, xalqını və onun müdrik rəhbərini hər zaman müzəffər etsin!

Bu əziz bayram münasibətilə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və bütün dünya müsəlmanlarını təbrik edir, Qurban bayramının daşıdığı mənəvi dəyərlərə həmişə sadiq qalmağı Uca Yaradandan raz-niyaz ilə diləyir. Allah-Taala dua və ibadətlərinizi qəbul etsin, Qurban bayramınız mübarək olsun! Amin!

Vəssəlаmu əleykum və rəhmətullаhi və bərəkаtuh!".

Paylaş

Xəbər lenti

Azərbaycan və ÜST əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər Bu gün, 10:48 İpoteka ilə ev almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR Bu gün, 10:48 Çində sel təhlükəsi: "Qırmızı xəbərdarlıq" edildi, minlərlə insan təxliyə olundu Bu gün, 10:48 Yalçın Rəfiyev: Azərbaycan Mərkəzi Afrika Respublikası ilə diplomatik münasibətlər qurmağı planlaşdırır Bu gün, 10:48 XİN: Azərbaycan Afrika ölkələri ilə dostluq münasibətlərinə böyük əhəmiyyət verir Bu gün, 10:48 XTQ-də hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib Bu gün, 10:48 BP AÇG yatağında yeni texnologiya tətbiq edib Bu gün, 10:48 Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər Bu gün, 10:48 Bakı-Sumqayıt magistralında qəfl maşını döndərib DAYANDI Bu gün, 10:48 Çimərlik ərazilərində iaşə obyektləri fəaliyyətə başlayıb Bu gün, 09:48 Gəncədə sakinlərin nəqliyyat problemi: "Məktəbə getmək olmur" Bu gün, 09:48 Çağatay Ulusoy karyerasına son qoyur? Bu gün, 09:48 Qurban bayramı ilə bağlı fətva verildi Bu gün, 09:48 Baş Zəyzid kəndinə güclü SEL GƏLİB Bu gün, 09:48 Dünən keçirilən imtahanların düzgün cavabları açıqlanıb Bu gün, 09:48 Azərbaycanın bəzi yerlərində yağıntılar intensivləşib - FAKTİKİ HAVA Bu gün, 09:48 Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 Bakının sirli kəndi: Əmircanın bilinməyən tarixçəsi Bu gün, 08:48 Kamal Abdulla niyə "qadın evdə otursa, daha yaxşıdır" dedi? Bu gün, 08:48 Kür çayında TƏHLÜKƏLİ VƏZİYYƏT Bu gün, 08:48 HƏYƏCAN TƏBİLİ: Problemli kreditlər bir ildə 28 faizdən çox artdı Bu gün, 08:48 Bakıda 9 istiqamətdə tıxac müşahidə olunur Bu gün, 08:48 Alla Puqaçovanı geridə qoyan azərbaycanlı sənətkar Bu gün, 08:48 Yeni tikililərlə bağlı VACİB dəyişiklik: Qərar mənzil bazarını silkələyəcək Bu gün, 08:48 Azərbaycan Ordusundan yeni güc: BMP-1-lər "ağıllı ovçu"ya çevrilir Bu gün, 08:48 Dəyişkən hava sağlamlığa necə təsir edir? Bu gün, 00:48 Sabah bu rayonda işıq olmayacaq Dünən, 23:49 "Ceyms Uebb" teleskopu Finlandiya saunasının temperaturuna yaxın qaz nəhəngi aşkarlayıb Dünən, 23:48 Xromosomlar nədir və niyə vacibdir? Yəni orqanizmin genetik "təlimatı" necə işləyir? Dünən, 23:48 "Əsas problem əlaqənin kəsilməsidir" - Su basan kəndin sakinləri danışdılar Dünən, 22:48 Bakı-Tbilisi-Bakı qatarından kimlər pulsuz istifadə edəcəklər? - TƏFƏRRÜAT Dünən, 22:48 Hansı bürclər tez sıxılır? – Astroloqlar səbəbləri açıqladı Dünən, 22:48 Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib Dünən, 21:48 Qurbanlıq heyvan seçərkən nələrə diqqət edilməlidir? Dünən, 21:48 Sabah Bakının bir sıra ərazilərində qaz kəsiləcək Dünən, 21:48 Paytaxtda "Opel" markalı avtomobil yandı Dünən, 20:48 İranla razılaşma imzalanana qədər dəniz blokadası davam edəcək - Tramp Dünən, 20:48 Bakıda divar uçdu, avtomobillər əzildi Dünən, 20:48 Bəzi rayonlarda intensiv yağıntı müşahidə olunur - FAKTİKİ HAVA Dünən, 19:48 "Qarabağ" Zakira Savonu transfer edib Dünən, 19:48 SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində sığınacaqlar yaradılıb Dünən, 19:48 Azərbaycan güləşçisi Avropa çempionu oldu Dünən, 19:48 Bakıda və Abşeron yarımadasında intensiv yağış yağacaq Dünən, 18:48 "Karvan-Yevlax" son dəqiqələrdə qələbəni əldən verdi Dünən, 18:48 Şəhidlərin xatirəsi yad edilib Dünən, 18:48 Dəyişən çempion, yeniliklərlə yadda qalan mövsüm: Premyer Liqanın YEKUNLARI Dünən, 18:48 Kürdəmirdə 21 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı Dünən, 18:48 ABŞ və İran arasında danışıq bu tarixdə olacaq Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR