
Biləsuvar rayonunda 25 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.
Kənd sakini, 2001-ci il təvəllüdlü Tural İbrahim oğlu Məmmədlini yaşadığı evin həyətində elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.