
Göyçay rayonunun Alxasava kəndində mayın 23-də İranda avtomobil qəzasında həlak olan Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovla vida mərasimi keçirilib.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, vida mərasimində xarici işlər nazirinin müavini Samir Şərifov, rayon rəsmiləri, Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, R.İmranov iki gün əvvəl Culfa-Təbriz avtomagistralının Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olub.
*** 13:05
Azərbaycanın Təbrizdəki baş konsulu Ramil İmranovun cənazəsi ölkəmizə gətirilib.
AVESTA.AZ xəbər verir ki, bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.
O bildirib ki, mərhumun cənazəsi Göyçay rayonunda dəfn olunacaq.
Qeyd edək ki, R.İmanov Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə qəzaya düşərək həlak olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.