Bu gün, 20:48 45

Qurbanlıq heyvan almaq çətinləşir? – QİYMƏTLƏR

"Bayram yaxınlaşdıqca həm satıcılar, həm də heyvandarlıqla məşğul olan şəxslər daha çox qazanc əldə etmək məqsədilə mal-qaranı bazara çıxarırlar".

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, il ərzində heyvanların saxlanılması, yem xərcləri, baytarlıq xidmətləri və digər qulluq xərcləri kifayət qədər yüksək olur:

"Xaricdən gətirilən heyvanlarda isə logistika və daşınma xərcləri qiymətlərin daha da bahalaşmasına səbəb olur.

Hazırda bazarda standart qurbanlıq qoyunların qiyməti təxminən 350-400 manat arasında dəyişir. Daha iri və çəkili heyvanların qiyməti isə 500-700 manata qədər yüksəlir. Bu vəziyyət bir çox ailələrin artıq qurbanı tək yox, ortaq şəkildə kəsməsinə səbəb olur. Çünki bəzi hallarda qurbanlıq heyvanın qiyməti minimum əməkhaqqına yaxınlaşır, hətta onu üstələyir.

Müşahidələr göstərir ki, qurban kəsmək dini və milli ənənə olduğu üçün bu ritualdan imtina edənlərin sayı çox azdır. Lakin vətəndaşlar xərcləri azaltmaq üçün qruplaşaraq ortaq qurban kəsməyə üstünlük verirlər. Azərbaycanda bu ənənə uzun illərdir mövcuddur. Hətta sovet dövründə də rayonlarda bir neçə ailənin birləşərək iri mal-qara alıb öz aralarında bölməsi geniş yayılmışdı. İndi isə bu praktika daha çox xırdabuynuzlu heyvanlar üzərində tətbiq edilir".

AQC sədri əlavə edib ki, qiymət artımı təkcə bayram günləri ilə məhdudlaşmır:

"Bayram ərəfəsində bahalaşan ət və qurbanlıq heyvan qiymətləri sonradan əvvəlki səviyyəyə tam qayıtmır və növbəti bayrama qədər müəyyən qədər yüksək olaraq qalır. Bunun əsas səbəblərindən biri Azərbaycanda ətə olan yüksək tələbatdır. Yerli heyvandarlıq isə bu tələbi tam ödəmək imkanında deyil. Xaricdən gətirilən heyvanların baha başa gəlməsi də bazara təsir edir.

Bayram günlərində hətta gündəlik həyatda az miqdarda ət istifadə edən ailələr belə dini inanclar və ənənələr səbəbindən qurbanlıq almağa çalışırlar. Bu isə bazarda tələbatı artırır və nəticədə qiymətlərin yüksəlməsinə gətirib çıxarır.

Rayonlarda qiymət artımı daha aşağı - təxminən 3-5 faiz civarında müşahidə olunsa da, paytaxt və iri şəhərlərdə bəzi hallarda artım 20-30 faizə qədər yüksəlir. Ümumilikdə isə bayram günlərində ət və qurbanlıq heyvanların qiymətində əvvəlki dövrlə müqayisədə orta hesabla 8-15 faiz arasında bahalaşma qeydə alınır".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

Naxçıvanın bir sıra şəhər və rayonlarında işıq olmayacaq Bu gün, 20:48 Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacaq Bu gün, 20:48 Tokayev: Azərbaycan dünya arenasında nüfuzunun artırılmasında böyük uğurlar qazanıb Bu gün, 20:48 Qurbanlıq heyvan almaq çətinləşir? – QİYMƏTLƏR Bu gün, 20:48 Maya Sandu Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb Bu gün, 19:48 Lukaşenko: Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm Bu gün, 19:48 Türkiyənin məşhur brend markası "ATASAY" Azərbaycanda! Bu gün, 19:48 Azərbaycan Prezidenti Pakistandakı terror aktını pisləyib Bu gün, 19:48 Tiranada Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının 35 illiyi qeyd olunub Bu gün, 19:48 Saqqız çeynəməyin beyinə təsiri hamını təəccübləndirdi Bu gün, 19:48 İlham Əliyev Si Cinpinə başsağlığı verib Bu gün, 19:48 Kamran Əsədovun məhkəməsi keçirilib Bu gün, 18:48 Xaricdə Azərbaycana qarşı casusluq edən şəxsə AĞIR CƏZA Bu gün, 18:48 Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq Bu gün, 18:48 Azərbaycanda bu şəxslərə pulsuz mənzillər veriləcək Bu gün, 18:48 Azərbaycan Prezidenti Pakistanın Baş nazirinə başsağlığı verib Bu gün, 18:48 Gürcüstan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib Bu gün, 18:48 Süper güclərin rəqabəti kəskinləşdi: süni intellekt investisiyalarında rekord artım Bu gün, 17:48 Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib Bu gün, 17:48 Kanadalılar ABŞ siyasətindən narahatdır Bu gün, 17:48 Putin Azərbaycan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib Bu gün, 17:48 Sabah Suraxanının bəzi küçələrində qaz olmayacaq Bu gün, 17:48 Qatarla Tbilisiyə gedənlər sığortanı hansı vağzallardan ala bilərlər? Bu gün, 17:48 Si Cinpin İlham Əliyevi təbrik etdi Bu gün, 17:48 Toral Bayramov "Bursaspor"a keçdi - RƏSMİ Bu gün, 17:48 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib Bu gün, 17:48 Rubio: ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı bu gün irəliləyiş ola bilər Bu gün, 17:48 Azərbaycan və Latviya arasındakı saziş təsdiqləndi Bu gün, 17:48 ADY Bakı-Tbilisi-Bakı qatarının hərəkət qrafikini açıqlayıb Bu gün, 17:48 Keçmiş riyaziyyat müəlliməsi 100 minini geri istəyir: "Yanımda ustalara zəng edirdi" Bu gün, 16:48 Mahir Emreli: "Yayda verəcəyim qərar karyeramda ən vaciblərdən biri olacaq" Bu gün, 16:48 Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib Bu gün, 16:48 Qəbul imtahanlarında abituriyentlərə GİZLİ CİHAZLARLA "kömək edən" şəxslərə hökm oxundu Bu gün, 16:48 Prezident: Kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır Bu gün, 16:48 İlham Əliyev: Bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 %-dir Bu gün, 16:48 Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb Bu gün, 16:48 Prezident İlham Əliyev: Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır Bu gün, 16:48 Birbank və "Bir Kredit" BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin Bu gün, 16:48 Prezident: Anbarlarda yığılan su imkan verəcək ki, kənd təsərrüfatı üçün bu il su problemi olmasın Bu gün, 16:48 Bakıda 99 minə yaxın şagird monitorinqə cəlb olunacaq Bu gün, 16:48 Prezidentdən soyuducu anbarlarla bağlı TAPŞIRIQ Bu gün, 16:48 Vətən Müharibəsi Qəhrəmanı yüksək vəzifəyə TƏYİN EDİLDİ Bu gün, 16:48 TƏBİB: WUF13-ün keçirildiyi günlərdə 52 nəfərə tibbi xidmət göstərilib Bu gün, 15:48 Bakıda 3 ünvanda minib-düşmə yeri yaradılıb Bu gün, 15:48 Serenay Sarıkaya sərbəst buraxıldı Bu gün, 15:48 Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov Göyçayda dəfn olunub Bu gün, 15:48 "Haber Global": Rəcəb Tayyib Ərdoğandan İlham Əliyevə qardaşlıq mesajı Bu gün, 15:48 Bakı-Tbilisi qatarı ilə səyahət edəcəklərin NƏZƏRİNƏ Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR