
Son illərdə Bakıda köhnə binalar sökülür, yerində yeniləri tikilir. Lakin paytaxtda yenə də sökülməyə ehtiyacı olan qəzalı binaların sayı çoxdur.
Baku TV mövzu ilə bağlı bu cür evlərdə yaşayan sakinlər arasında sorğu keçirib.
Vətəndaşlar təhlükəli vəziyyətdə yaşamaqdan narahat olduqlarını dilə gətiriblər.
"Maşın keçəndə bina silkələnir. Birinci mərtəbədə yaşayanlar pəncərələri açıq saxlayırlar ki, nəmişliyin qoxusu getsin", "63 yaşım var. Sabah ölsəm, cənazəm niyə belə yerdən çıxsın?!" - deyə sakinlər narazılıqlarını bildiriblər.
Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev isə məsələ ilə bağlı açıqlamasında 2023-cü ilin dekabr ayında Bakı şəhərinin Baş Planının təsdiqləndiyini xatırladaraq deyib:
"2040-cı ilə qədər Bakı şəhəri Baş Planda əks edilən şəkildə olacaq. Yəni 2040-cı ilə qədər paytaxtda yüzlərlə köhnə çoxmənzilli yaşayış binası, xüsusən də qəzalı vəziyyətdə olanlar və yataqxana tipli binalar söküləcək, bəzi ərazilərdə onların yerinə yeni binalar inşa olunacaq, digər ərazilərdə isə yeni parklar salınacaq".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.