
ABŞ ordusu İranın cənub bölgəsində yerləşən bir sıra hərbi hədəflərə hava zərbələri endirib.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi Tim Hokinsə istinadən yayıb.
Bildirilib ki, əməliyyat Vaşinqtonun bölgədəki qüvvələrinə qarşı yarana biləcək təhlükələrin qarşısını almaq məqsədilə həyata keçirilib. Zərbələrin hədəfində raket buraxılış platformaları və İran tərəfinə məxsus hərbi qayıqlar olub.
CENTCOM rəsmisinin sözlərinə görə, vurulan qayıqların dənizdə mina yerləşdirməyə hazırlaşdığı müəyyən edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.