
Siqaretdən imtina etdikdən cəmi iki həftə sonra ağciyərlərdə bərpa prosesi başlayır.
AVESTA.AZ xəbər verir ki, bu barədə həkim Makarova məlumat verib.
Mütəxəssisin sözlərinə görə, siqaretin tərgidilməsi orqanizmdə qısa müddətdə müsbət dəyişikliklər yaradır. Xüsusilə ağciyərlərin fəaliyyəti yaxşılaşmağa başlayır və toxumaların regenerasiya prosesi aktivləşir.
Həkim qeyd edib ki, uzun illər siqaret çəkən insanlarda bərpa daha ləng getsə də, zərərli vərdişdən imtina etmək hər yaşda sağlamlıq üçün faydalıdır.
Onun sözlərinə görə, siqaretin tərgidilməsi ürək-damar xəstəlikləri, xərçəng və tənəffüs problemləri riskini də əhəmiyyətli dərəcədə azaldır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.