
Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda məcburi nişanlanma ilə nişanlanmayan siqaretlər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
AVESTA.AZ komitəyə istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri zamanı Naxçıvan şəhər sakinindən 41 220 ədəd məcburi nişanlanma ilə nişanlanmayan müxtəlif markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.