
Quba rayon sakini, 36 yaşlı Kəmərbəndi Əfsanə Xəlil qızı itkin düşüb.
AVESTA.AZ xəbər verir ki, o, yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
Hazırda qadının tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi vətəndaşlardan itkin düşən şəxsi görən və ya onun barəsində məlumatı olanların "102" Xidməti-Zəng Mərkəzinə, həmçinin Quba Rayon Polis Şöbəsinin (02333) 5-35-11 şəhər nömrəsinə məlumat vermələrini xahiş edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.