
Göyçayda zəncirvari avtomobil qəzası baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu gün saat 14.00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində "Opel" , "KİA" və "Chevrolet" markalı avtomobillər toqquşub. Nəticədə, avtomobillərdən birində olan yeniyetmə qız aldığı xəsarətlərdən hadisə yerində ölüb, xəsarət alan var.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.