
Hollandiya millisinin 2026-cı il dünya çempionatı üçün iştirak ərizəsi açıqlanıb.
BAKU.WS xəbər verir ki, baş məşqçi Ronald Kumanın müəyyənləşdirdiyi 26 nəfərlik heyətdə mövsümü "Qalatasaray"da keçirən Noa Lanq da yer alıb.
Komanda mundialda F qrupunda mübarizə aparacaq. Hollandiya yığması turnirdə ilk oyununu iyunun 14-də Yaponiya millisinə qarşı keçirəcək. "Narıncılar" daha sonra İsveç və Tunis ilə üz-üzə gələcək.
Hollandiya millisinin heyətində Vircil van Deyk, Frenki de Yonq, Memfis Depay, Kodi Qakpo və Vout Veqhorst kimi tanınmış futbolçular da yer alıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.