28-05-2026, 13:48 215

IMF Azərbaycanın 2027-ci il üzrə inflyasiya proqnozunu yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondu (IMF) 2027-ci ildə Azərbaycanda orta illik inflyasiyanın aprelin ortalarında gözlənilən 5,1 %-ə qarşı 4,2 %-ə düşəcəyini proqnozlaşdırır.

BAKU.WS report-a istinadən xəbər verir ki, 2026-cı il üçün inflyasiya proqnozu 6 % səviyyəsində saxlanılıb.

Fondun qiymətləndirməsinə görə, 2028-ci ildə inflyasiya 4,1 % təşkil edəcək, 2029-2031-ci illərdə isə hər il 4 % səviyyəsində qalacaq.

"Gözlənilir ki, inflyasiya 2026-cı ilin sonuna qədər 6 %-ə yüksələcək, sonra isə 2027-ci ilin sonuna qədər 4,2 %-ə düşəcək. Buna qlobal əmtəə qiymətlərinin artması fonunda ərzaq məhsullarının bahalaşması səbəb olacaq. Cari hesab saldonun orta müddətli perspektivdə müsbət qalacağı gözlənilir. Lakin xarici mövqe orta müddətli fundamental göstəricilərə və arzu olunan iqtisadi siyasətə uyğun səviyyə ilə müqayisədə əhəmiyyətli dərəcədə zəif qiymətləndirilir. Proqnoz üzrə risklər ümumilikdə balanslaşdırılmış qalsa da, xarici qeyri-müəyyənlik yüksək olaraq qalmaqdadır", - hesabatda qeyd olunub.

IMF analitikləri hesab edirlər ki, Yaxın Şərqdə münaqişənin kəskinləşməsi karbohidrogen qiymətlərinin daha da artmasına gətirib çıxara bilər, bu da Azərbaycanın xarici və büdcə mövqeyini nəzərəçarpacaq dərəcədə yaxşılaşdıracaq:

"Eyni zamanda münaqişə qida məhsullarının dünya qiymətlərinə təsir vasitəsilə inflyasiya təzyiqini gücləndirə, ərzaq təhlükəsizliyinə təsir göstərə, miqrasiya təzyiqinə səbəb ola, dövlət xərclərinin artırılmasını tələb edə və biznes üçün qeyri-müəyyənliyi artıra bilər. Bu, büdcə konsolidasiyası və iqtisadiyyatın diversifikasiyası strategiyaları üçün risklər yaradır".

IMF-nin hesabatında vurğulanıb ki, inflyasiya təzyiqinin davam etməsi halında Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dərəcələrini artırmalıdır:

"Proqnoz dövründə inflyasiyanın azalması gözlənilsə də, yüksək xarici qeyri-müəyyənlik, Yaxın Şərqdə davam edən münaqişə fonunda artan inflyasiya riskləri, eləcə də hələ formalaşmaqda olan pul-kredit siyasətinin iqtisadiyyata ötürülmə mexanizmi nəzərə alınmaqla, inflyasiya risklərini diqqətlə izləmək və gözlənilməz inflyasiya sıçrayışlarına operativ reaksiya vermək son dərəcə vacibdir".

Fondun qiymətləndirməsinə görə, AMB pul-kredit siyasətinin müəyyən edilməsində inflyasiya proqnozlarından daha fəal istifadə etdiyi bir vaxtda aydın və gələcəyə yönəlmiş kommunikasiya getdikcə daha vacib olur.

IMF-də qeyd edilib ki, banklar arası bazarın dərəcələri uçot dərəcəsinə yaxın olaraq qalır, bu da AMB tərəfindən artıq likvidliyin uğurlu idarə olunmasından xəbər verir:

"Pul-kredit siyasəti siqnallarının iqtisadiyyatın real sektoruna ötürülməsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması risksiz gəlirlilik əyrisinin daha da inkişaf etdirilməsini, eləcə də dollarlaşma, yüksək əməliyyat xərcləri və bank sektorunda aşağı rəqabət səviyyəsi daxil olmaqla struktur problemlərin həlli istiqamətində işlərin davam etdirilməsini tələb edəcək".

Xatırladaq ki, Azərbaycanda 2025-ci ildə orta illik inflyasiya 2024-cü ildəki 2,2 %-ə qarşı 5,6 % təşkil edib.

Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, ölkədə orta illik inflyasiya 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin fevralında dərc edilmiş son proqnozuna görə, cari ildə illik inflyasiyanın 5,5 %, 2027-ci ildə isə 4 % səviyyəsində olması gözlənilir.

Paylaş

Xəbər lenti

Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR