
BMT baş katibinin müavini Amina Mohammed Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb.
BAKU.WS xəbər verir ki, A.Mohammed bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi ilə görüşmək xoşdur", - deyə Mohammed qeyd edib.
O, COP29 Sədrliyindən sonra davam edən liderliyi üçün Azərbaycana təşəkkür edib: "İqlim fəaliyyəti üzrə qlobal liderliyin gücləndirilməsi və iqlim maliyyələşdirməsi üçün bütün mümkün mənbələrin səfərbər olunması barədə razılaşdıq".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.