
ABŞ-li milyarder iş adamı Ceff Bezosa məxsus "Blue Origin" şirkətinin "New Glenn" raketinin mühərrik sınağı zamanı qorxulu anlar yaşanıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə görüntülər NASASpaceFlight.com saytının canlı yayımında əks olunub.
ABŞ-nin Florida ştatındakı "Cape Canaveral Space Force Station" bazasında gecə saatlarında həyata keçirilən sınaq zamanı hələlik naməlum səbəbdən güclü partlayış baş verib.
Hadisə nəticəsində ölən və ya yaralanan olmasa da, ətraf yaşayış məntəqələrində qısa müddətli təşviş yaranıb.
Şirkətin qurucusu Ceff Bezos hadisə ilə bağlı açıqlamasında bütün əməkdaşların təhlükəsiz olduğunu bildirib:
"Partlayışın dəqiq səbəbini müəyyən etmək üçün hələ çox tezdir, lakin artıq araşdırmalara başlamışıq. Bu, bizim üçün çətin gündür. Lazım olan hər şeyi edib yenidən uçuşlara qayıdacağıq. Buna dəyər".
SpaceX şirkətinin rəhbəri Elon Musk da "Blue Origin"ə dəstək mesajı paylaşaraq bildirib:
"Baş verən qəzaya görə üzgünəm. Ümid edirəm ki, vəziyyəti ən qısa zamanda bərpa edəcəksiniz".
Hadisə anına dair kadrları təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.