6-01-2023, 15:42 612

XIX əsrdə Çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib.

Məsələ ilə bağlı “Report”a açıqlama verən Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı bildirib ki, bugünkü Ermənistan özünün bir dövlət olaraq yerləşməsinə görə, Osmanlı dövlətinə və Azərbaycan xalqına minnətdar olmalıdır:

“Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşündəki nitqi bir çox məsələlər baxımından böyük strateji əhəmiyyət daşıyır. Hər şeydən əvvəl görüşün keçirildiyi bina bundan öncə məcburi köçkünlərimizin cəmiyyətlərinin, təşkilatlarının yerləşdiyi bina olub. Belə bir görüşün orada keçirilməsi göstərir ki, daha öncə həmin binada yerləşənlər artıq qaçqın deyillər, torpaqlarımız azad edilib və azərbaycanlılar planlı şəkildə öz dədə-baba torpaqlarına qayıdırlar. Bu baxımdan görüşdə cənab Prezidentin söylədiyi nitq tarixi əhəmiyyət kəsb edir”.

Bütün arxiv sənədlərinin ermənilərin Cənubi Qafqazda aborigen olmadıqlarını sübut etdiyini deyən professor xatırladıb ki, ermənilər Çar Rusiyasının bəlli məqsədləri naminə xarici ölkələrdən köçürülərək Azərbaycan torpaqlarına yerləşdiriliblər:

“Bu köçürülmə Çar Rusiyasının rəsmi dövlət orqanlarının sənədlərində də öz əksini tapıb və həmin arxiv sənədlərini azərbaycanlılar tərtib etməyib. Ermənilər əzəli Azərbaycan torpaqlarına yerləşdikdən sonra varlanaraq terror-siyasi təşkilatları qurub, böhranlı anlarda azərbaycanlıları dədə-baba torpaqlarından sıxışdırıblar. XIX əsrin sonlarında İrəvanda bazar meydanında qarşıdurma olub və daha sonra 1905-1096-cı illərdə erməni terror-siyasi təşkilatları kütləvi şəkildə azərbaycanlıları qətlə yetirib, soydaşlarımızı ev-eşiklərindən didərgin salıblar. Bunda başlıca məqsəd uydurma, tarixdə heç bir zaman olmayan "böyük Ermənistan" qurmaq üçün atılan addımlar olub”.

Onun sözlərinə görə, erməni terror-siyasi təşkilatları Birinci Dünya Müharibəsi illərində kütləvi şəkildə əvvəlcə Şərqi Anadoluda, sonra Cənubi Azərbaycanda, Cənubi Qafqazda İrəvan, Tiflis quberniyalarında və indiki Azərbaycan Respublikasının müxtəlif yerlərində dinc azərbaycanlılara qarşı kütləvi qırğınlar törədiblər:

“Bu qətliamların ən dəhşətlisi isə 1918-ci ildə Bakı və Abşeron yarmadası və digər bir sıra rayonlarımızda həyata keçirilən soyqırımları olub. Ermənistanın azərbaycanlılara törətdiyi kütləvi soyqırımlarının böyük bir mərhələsini 1918-1920-ci illərdə daşnak Ermənistanının siyasəti təşkil edir. Cənubi Qafqazda Ermənistan adlı bir dövlət heç bir zaman olmayıb. Yalnız 1918-ci ildə yaranmış şəraitdə Azərbaycan, türk torpaqlarında Ararat Republikası yaradılıb. Azərbaycan İrəvan şəhərini Ermənistana paytaxt olaraq güzəştə gedib ki, bunun da rəsmi sənədləri mövcuddur”.

Daşnak Ermənistanında azərbaycanlılara qarşı soyqırımı siyasətinin dövlət səviyyəsinə qaldırıldığını deyən alim bildirib ki, bu məsələ ilə əlaqədar da konkret arxiv sənədləri var:

“Həmin sənədləri də azərbaycanlılar tərtib etməyiblər. Eyni zamanda törədilən kütləvi qırğınlarla bağlı xeyi fotoşəkillər var. Erməni terror-siyasi təşkilatlarının fəaliyyətinə dair fotoşəkillərin bir qismini Moskvada Krasnoqorsk Foto-Kino Sənədlər Arxivindən və Tbilisidəki arxivlərdən toplayaraq gətirmişəm. Onların törətdikləri qırğınlara dair ABŞ Milli Arxiv və Hesabatlar İdarəsində də sənədlər mövcuddur. Beləliklə, yaranarkən ərazisi təxminən 9 min kvadratkilometr olan Ermənistan ərazisini kütləvi qırğınlar və işğallar hesabına genişləndirib. Sovet dövründə Azərbaycan əraziləri planlı şəkildə əvvəlcə Ermənistanla mübahisəli elan edilib, sonra isə Ermənistana verilib. 1920-ci il dekabrın 1-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun bəyanatı ilə Zəngəzurun Ermənistana verildiyi elan edilib, sonradan isə Zəngəzur iki hissəyə bölünərək onun qərbi Ermənistana verilib. Bununla da Naxçıvanla Azərbaycanın digər əraziləri arasında quru əlaqəsi kəsilib, Türkiyə isə türk dünyasından ayrı düşüb”.

“Zəngəzurdan qovulan qaçqınların geri qaytarılmasına dair edilən müraciətlər Ermənistan SSR hökuməti tərəfindən rədd edilib. Sözügedən məsələ ilə əlaqədar da arxiv sənədləri var və bu məsələləri Bakıda, Moskvada, Ankarada çap olunan kitablarımda da yazmışam. Ermənistan rəhbərliyi bildirib ki, Zəngəzurdan olan qaçqınları geri qaytarmaq mümkün deyil. Çünki boş, sərbəst torpaq fondu yoxdur və qaçqın azərbaycanlıların evlərinə xaricdən gələn ermənilər yerləşdirilib. Sovet dövründə rejim, sistem fərqli olsa da, hakimiyyətdə olanlar daşnak siyasətini davam etdiriblər. Bu siyasət öz əksini azərbaycanlıların sıxışdırılmasında, yaşayış yerlərinin adlarının dəyişdirilməsində və deportasiyada tapıb. Azərbaycanlıların yaşayış yerlərinin adlarının dəyişdirilməsi Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları ilə olub. Bu fərmanlarla tanış olmaq üçün Ermənistan rəsmiləri və alimlərinin Ermənistan SSR Ali Sovetinin sənədlərinə baxması kifayətdir. Hansı ki, həmin fərmanlar kitabçalar şəkildə çap edilib”.

Paylaş

Xəbər lenti

Bir telekanalın yayımı dayandırıldı Bu gün, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Bu gün, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Bu gün, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Bu gün, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Bu gün, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Bu gün, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Bu gün, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Bu gün, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR