Bu gün, 17:48 72

Bərdədə yol qəzasında yaralanan 10 nəfərdən 9-u evə buraxılıb

Bərdə rayonunda yol qəzası zamanı yaralanan 10 nəfərin son vəziyyəti açıqlanıb.

"TƏBİB"dən AVESTA.AZ-in sorğusuna cavab olaraq bildirib ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar 10 nəfər (8 kişi, 2 qadın) saat 15:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

"Vəziyyəti stabil qiymətləndirilən 9 nəfər (7 kişi, 2 qadın) ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin (kişi) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda qeyd olunub.

***16:25

Bərdə rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Bu barədə AVESTA.AZ-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

"Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar 10 nəfər (8 kişi, 2 qadın) saat 15:10-da Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti stabil qiymətləndirilən 2 nəfər (kişi) ambulator müalicə üçün evə buraxılıb. Digər şəxslərin müalicəsi müvafiq şöbələrdə davam etdirilir, vəziyyətləri orta ağırdır", - deyə məlumatda qeyd olunub.

***14:37

Bərədə də 10 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, qəza Bəhrəmtəpə-Mingəçevir avtomobil yolunun Bərdə rayonu Bəcirəvan kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2115 markalı 10-HT-171 dövlət qeydiyyat nişanlı avtomobillə "Mercedes" markalı minik avtomobili toqquşub. Zərbənin təsirindən "Mercedes" markalı avtomobil yol kənarındakı kanala düşüb.

1994-cü il təvəllüdlü Orxan Vüqar oğlu Babayev, 2004-cü il təvəllüdlü Röyal Rövşən oğlu Hacıyev, 2007-ci il təvəllüdlü Ayxan Natiq oğlu Hətəmov, 2007-ci il təvəllüdlü Mirşahin Yelmar oğlu Nəcəfli, 1979-cu il təvəllüdlü Efras Ayaz oğlu Paşayev, 1990-cı il təvəllüdlü Rabella Əlibaba qızı Həmidova, 2018-ci il təvəllüdlü Ömər Kamandar oğlu Həmidzadə, 1964-cü il təvəllüdlü Səkurə Yaqub qızı Həmidova, 1963-cü il təvəllüdlü Həmid Fərrux oğlu Həmidov və 1988-ci il təvəllüdlü Kamandar Həmid oğlu Həmidov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Bərdə Mərkəzi Xəstəxanasının Diaqnostika şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Xəbər lenti

Fatimə Fətəliyeva: "Anam neçə vaxtdır reanimasiyadadır" Bu gün, 17:48 Bərdədə yol qəzasında yaralanan 10 nəfərdən 9-u evə buraxılıb Bu gün, 17:48 Bazarda mövsümi meyvələr hansı qiymətə təklif olunur? Bu gün, 17:48 Ata uşaqlarının təhlükədə olduğunu iddia edir: "Göndərdiyim pulları narkotik vasitələrə xərcləyir" Bu gün, 16:48 "Aysberqin görünən tərəfi" - "İdeal həyat" paylaşımları yeniyetmələri tələyə salır Bu gün, 15:48 Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə ABŞ-Azərbaycan İqtisadi Dialoqu keçiriləcək Bu gün, 15:48 Leyla Əliyevadan fermer qadına incə davranış Bu gün, 15:48 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib Bu gün, 15:48 Xırdalanda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 14:48 Azərbaycanın tanınmış aktyoru VƏFAT ETDİ Bu gün, 14:48 Uşaqlar və valideynlərə SEVİNDİRİCİ XƏBƏR: Sabah pulsuz olacaq... Bu gün, 14:48 Saleh Bağırovdan Mətanət İsgəndərlinin keçmiş gəlininə sərt sözlər Bu gün, 14:48 Azərbaycanda AĞIR QƏZA: 10 nəfər yaralandı Bu gün, 14:48 İyun ayının ilk gününə olan hava proqnozu açıqlanıb Bu gün, 13:48 Bakıda bu marşrutun bütün avtobusları yenilənir - İyunun 1-dən... Bu gün, 13:48 "Vurun" əmri verən və ölüm cinayəti hələ də açılmayan ukraynalı nazirlə görüş Bu gün, 13:48 Yol Polisindən səfərdən dönən sürücülərə MÜRACİƏT Bu gün, 13:48 Nərgiz Cəlilova: "Televiziya tarixində ən xoşbəxt nəsil bizik" Bu gün, 12:48 ƏƏSMN: Azərbaycanda 78 uşaq himayədar ailələrə verilib Bu gün, 12:48 İstirahətə getmək niyə xəyal olaraq qalır? - Əl yandıran qiymətlərin səbəbləri Bu gün, 12:48 Cüdo millimiz Avropa Kubokunun ilk günündə qızıl medal qazanıb Bu gün, 12:48 Baş Şirvan kollektorunda timsah peyda olub? Bu gün, 11:48 "Sabah"ın qapıçısı Rəvan Mirzəmmədov U-21-in düşərgəsindən ayrılıb Bu gün, 11:48 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb Bu gün, 11:48 Bir kliklə başlayan kabus: Uşaqlar internetdə necə hədəfə çevrilirlər? Bu gün, 11:48 Talıb Tale: "Taleyim belə gətirdi, peşman deyiləm" Bu gün, 10:48 "BMW" idarəetmədən çıxıb aşdı - Yaralılar var Bu gün, 10:48 Türkiyədə sərnişin avtobusunda faciə: 8 nəfər həyatını itirib Bu gün, 10:48 "Sabah" futbolçusu Cesse Sekidika ilə yollarını ayırıb Bu gün, 10:48 Külək bir sıra bölgələrdə fəsadlar törədib: "Eyvanda çay içirdim, birdən güclü səs gəldi" Bu gün, 10:48 AZAL Gəncə - Sankt-Peterburq uçuşlarını bərpa edib Bu gün, 09:48 Cavid Kurbanov: "Dindarlar axirətə inansaydılar, yaxınlarının ölümünə sevinərdilər" Bu gün, 09:48 Azərbaycan və digər yğmaların pley-off rəqibləri dəqiqləşib Bu gün, 09:48 PSJ-nin qələbəsindən sonra iğtişaşlarda 416 nəfər saxlanılıb Bu gün, 09:48 "Turan Tovuz" avrokuboklara buraxılmaya bilər Bu gün, 09:48 PSJ ardıcıl ikinci dəfə UEFA Çempionlar Liqasının qalibi olub Bu gün, 00:48 Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb Bu gün, 00:48 Bakıda obyekt səkini zəbt etdi - Qurumdan maraqlı açıqlama: "Uzun illər öncə tikilib" Dünən, 23:48 Pentaqon rəhbəri ABŞ qoşunlarının Yaxın Şərqdəki bazalardan çıxarılmasını istisna etməyib Dünən, 23:48 Həyəcan təbili çalındı: Konqoda Ebola misli görünməmiş sürətlə yayılır Dünən, 23:48 Sabah Masazırın bir hissəsində işıq olmayacaq Dünən, 23:48 ABŞ-İran münaqişəsi yenidən ALOVLANDI: Yaxın Şərq yeni qarşıdurma mərhələsinə daxil olur? Dünən, 22:48 ABŞ Yaxın Şərqdəki bazalardan qoşunları çıxarır? - Heqset AÇIQLADI Dünən, 22:48 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib Dünən, 22:48 Zelenski: Ukrayna vacib danışıqlara hazırlaşır Dünən, 22:48 Oman Hörmüz boğazında üzən mina ehtimalı barədə xəbərdarlıq edib Dünən, 21:48 AP: ABŞ blokadanı yarmağa çalışan ticarət gəmisini sıradan çıxarıb Dünən, 21:48 Ukraynada insanabənzər döyüş robotları peyda olub Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR