Bu gün, 12:48 52

ƏƏSMN: Azərbaycanda 78 uşaq himayədar ailələrə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən ötən dövrdə 78 uşaq himayədar ailələrə verilib.

BAKU.WS xəbər verir ki, bu məlumat ƏƏSMN-nin mayın 31-i Azərbaycanda Ümumdünya Himayədar Ailə Günü münasibətilə paylaşdığı yazıda qeyd olunub.

Bildirilib ki, SXA ilə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb:

"Himayədar ailələrə verilən uşaqlardan 34-ü oğlan, 44-ü qızdır. Hazırda həmin uşaqlardan 41-i Bakıda, 4-ü Abşeronda, 33-ü rayonlardakı (Ağcabədidə 1, Astarada 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 4, Göyçayda 1, Göygöldə 3, Xaçmazda 3, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4, Zaqatalada 1, Oğuzda 3, İmişlidə 2, Mingəçevirdə 1, Zərdabda 1 ailə) ailələrdə yaşayır".

Qeyd olunub ki, nazirlik tərəfindən himayədar ailələrə aylıq sosial ödənişlər də edilir. Belə ki, himayəyə götürülən 6 yaşadək uşaqlara görə aylıq 355 manat, 7-13 yaş arası uşaqlara görə 375 manat, 14-18 yaş arası uşaqlara görə isə aylıq 395 manat müavinət ödənilir. Əlilliyi olan uşaqlar üçün bu məbləğlər yaş qruplarına uyğun olaraq müvafiq şəkildə 500, 600 və 650 manat təşkil edir.

Bununla yanaşı, himayədar ailəyə verilmiş uşaqların mövsümi geyimlə təmin olunması məqsədilə ailələrə hər rübdə bir dəfə, hər uşaq üçün 200 manat məbləğində birdəfəlik müavinət verilir.

Qeyd edək ki, hər il mayın 31-i bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda Ümumdünya Himayədar Ailə Günü kimi qeyd olunur. Məqsəd valideyn himayəsindən məhrum olan uşaqları ailə şəraitində müvəqqəti böyüdən himayədar ailələrin əhəmiyyətini vurğulamaq, onları dəstəkləməkdir.

Prezident İlham Əliyevin 2023-cü il 12 iyul tarixində imzaladığı qanunvericilik aktlarına əsasən, ölkəmizdə himayədar ailə institutu tətbiq edilir. Dünyada uşaqlara alternativ qayğı sahəsində geniş istifadə olunan "Himayədar ailə" modeli valideyn himayəsindən məhrum uşaqların müəyyən müddət ərzində dövlət nəzarəti altında, ödənişli əsaslarla ailə mühitində yaşaması və inkişafını, qayğı ilə əhatə olunmasını təmin edir.

Paylaş

Xəbər lenti

İyun ayının ilk gününə olan hava proqnozu açıqlanıb Bu gün, 13:48 Bakıda bu marşrutun bütün avtobusları yenilənir - İyunun 1-dən... Bu gün, 13:48 "Vurun" əmri verən və ölüm cinayəti hələ də açılmayan ukraynalı nazirlə görüş Bu gün, 13:48 Yol Polisindən səfərdən dönən sürücülərə MÜRACİƏT Bu gün, 13:48 Nərgiz Cəlilova: "Televiziya tarixində ən xoşbəxt nəsil bizik" Bu gün, 12:48 ƏƏSMN: Azərbaycanda 78 uşaq himayədar ailələrə verilib Bu gün, 12:48 İstirahətə getmək niyə xəyal olaraq qalır? - Əl yandıran qiymətlərin səbəbləri Bu gün, 12:48 Cüdo millimiz Avropa Kubokunun ilk günündə qızıl medal qazanıb Bu gün, 12:48 Baş Şirvan kollektorunda timsah peyda olub? Bu gün, 11:48 "Sabah"ın qapıçısı Rəvan Mirzəmmədov U-21-in düşərgəsindən ayrılıb Bu gün, 11:48 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb Bu gün, 11:48 Bir kliklə başlayan kabus: Uşaqlar internetdə necə hədəfə çevrilirlər? Bu gün, 11:48 Talıb Tale: "Taleyim belə gətirdi, peşman deyiləm" Bu gün, 10:48 "BMW" idarəetmədən çıxıb aşdı - Yaralılar var Bu gün, 10:48 Türkiyədə sərnişin avtobusunda faciə: 8 nəfər həyatını itirib Bu gün, 10:48 "Sabah" futbolçusu Cesse Sekidika ilə yollarını ayırıb Bu gün, 10:48 Külək bir sıra bölgələrdə fəsadlar törədib: "Eyvanda çay içirdim, birdən güclü səs gəldi" Bu gün, 10:48 AZAL Gəncə - Sankt-Peterburq uçuşlarını bərpa edib Bu gün, 09:48 Cavid Kurbanov: "Dindarlar axirətə inansaydılar, yaxınlarının ölümünə sevinərdilər" Bu gün, 09:48 Azərbaycan və digər yğmaların pley-off rəqibləri dəqiqləşib Bu gün, 09:48 PSJ-nin qələbəsindən sonra iğtişaşlarda 416 nəfər saxlanılıb Bu gün, 09:48 "Turan Tovuz" avrokuboklara buraxılmaya bilər Bu gün, 09:48 PSJ ardıcıl ikinci dəfə UEFA Çempionlar Liqasının qalibi olub Bu gün, 00:48 Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb Bu gün, 00:48 Bakıda obyekt səkini zəbt etdi - Qurumdan maraqlı açıqlama: "Uzun illər öncə tikilib" Dünən, 23:48 Pentaqon rəhbəri ABŞ qoşunlarının Yaxın Şərqdəki bazalardan çıxarılmasını istisna etməyib Dünən, 23:48 Həyəcan təbili çalındı: Konqoda Ebola misli görünməmiş sürətlə yayılır Dünən, 23:48 Sabah Masazırın bir hissəsində işıq olmayacaq Dünən, 23:48 ABŞ-İran münaqişəsi yenidən ALOVLANDI: Yaxın Şərq yeni qarşıdurma mərhələsinə daxil olur? Dünən, 22:48 ABŞ Yaxın Şərqdəki bazalardan qoşunları çıxarır? - Heqset AÇIQLADI Dünən, 22:48 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib Dünən, 22:48 Zelenski: Ukrayna vacib danışıqlara hazırlaşır Dünən, 22:48 Oman Hörmüz boğazında üzən mina ehtimalı barədə xəbərdarlıq edib Dünən, 21:48 AP: ABŞ blokadanı yarmağa çalışan ticarət gəmisini sıradan çıxarıb Dünən, 21:48 Ukraynada insanabənzər döyüş robotları peyda olub Dünən, 21:48 Britaniyalı nazir: Azərbaycan təhlükəsizlik və diplomatik sahəsində vacib tərəfdaşdır Dünən, 20:48 İsrail Ordusu: "Hizbullah"ın artilleriya qərargahı məhv edilib Dünən, 20:48 İtaliya təlim missiyası çərçivəsində Rumıniyaya 100 əsgər və qırıcı təyyarələr göndərəcək Dünən, 20:48 "Daily Express" Okamponun siyasi manipulyasiyalarını və sülh prosesinə müdaxiləsini ifşa edir Dünən, 19:48 Azərbaycana Afrikadan turist axını 10 %-ə yaxın artıb Dünən, 19:48 Yuxarı Qarabağ kanalından qadın meyiti tapılıb Dünən, 19:48 Azərbaycan banklarına depozit qoyuluşu azalıb Dünən, 18:48 Ukrayna Rusiyanın 16 vətəndaşına və 31 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib Dünən, 18:48 "Liverpul" klubu Arne Slotla yolları ayırdığını açıqlayıb Dünən, 18:48 DÇ-2026-da ən bahalı yığma komanda hansıdır? Dünən, 17:48 Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub Dünən, 17:48 Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb Dünən, 17:48 Münxen beynəlxalq hava limanı naməlum uçan obyektə görə fəaliyyətini dayandırıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR