Dünən, 23:48 74

Qlobal enerji gündəmi Bakı Enerji Həftəsində formalaşır

Malik olduğu təbii resurslardan səmərəli istifadə edərək iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ilə ölkələri və xalqları bir araya gətirən Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini günbəgün möhkəmləndirir, dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələr verir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə "Report"a açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən etibarən ənənəvi olaraq keçirilən Beynəlxalq Neft-Qaz sərgiləri Azərbaycanın enerji sektorunda qazandığı uğurların təqdimatında əhəmiyyətli rol oynayır:

"Bakı Enerji Həftəsi qlobal enerji sektorunda strateji dialoq, beynəlxalq əməkdaşlıq və yeni biznes əlaqələrinin qurulduğu mühüm platforma kimi çıxış edir. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşüb. Hazırda sözügedən tədbir ənənəvi enerji sektorundan daha geniş istiqamətləri əhatə edərək enerji keçidi, yaşıl enerji, rəqəmsallaşma, süni intellekt texnologiyaları, logistika, sənaye və infrastruktur sahələrini də birləşdirən beynəlxalq biznes ekosisteminə çevrilib. İyunun 1-də start götürən Bakı Enerji Həftəsində dünyanın 44 ölkəsindən 274 şirkət iştirak edir. Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir. Sərgi iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Bakı Enerji Həftəsinin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40 faizini əhatə edir. Ənənəvi olaraq onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər. Dövlət başçısı İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bir daha tədbirin yüksək beynəlxalq statusunu və əhəmiyyətini nümayiş etdirir. Bakı Enerji Həftəsi artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır".

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edib: "Rəsmi açılış mərasimindəki çıxışında "Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu" söyləyən İlham Əliyev onu da əlavə edib ki, zaman keçdikcə o, dəyişdi və daha da böyüdü, indi çoxsaylı tədbirlərin və çox gözəl mərasimlərin keçirildiyi Bakı Enerji Həftəsi adlanır. Prezident İlham Əliyev bu məqamı da xüsusi qeyd etdi ki, dünya qazıntı yanacağı olmadan yaşaya bilməz. Hamımız planeti xilas etmək üçün daha yaxşı bir iqlimə sahib olmaq istəyirik. Hamımız daha yaxşı bir mühitdə yaşamaq istəyirik. Amma bu gün biz çox praqmatik olmalı və realizmə əsaslanmalı, gələcəyimizi enerji təhlükəsizliyi ilə əlaqədar planlaşdırmalı, həmçinin bərpaolunan enerji mənbələrinə investisiya qoymalıyıq. Günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizindən geniş bəhs edən Prezident İlham Əliyev vurğuladı ki, bu gün bu layihə sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir. Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il Bakı Enerji Həftəsində Azərbaycan qazını 12 ölkənin aldığı qeyd edilirdisə, bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Ölkələrin sayının artacağını əminliklə söyləyən Prezident vurğuladı ki, boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq. Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl biz investorları cəlb edirdik. İndi isə öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək".

V.Rəhimzadə vurğulayıb ki, ildən-ilə tədbir iştirakçılarının say tərkibində artım bir daha təsdiqləyir ki, Bakı Enerji Həftəsi enerjinin gələcəyini formalaşdırmaq üçün hökumətləri, qlobal şirkətləri və sənaye ekspertlərini bir araya gətirərək regionun ən nüfuzlu platformalarından birinə çevrilib. Hər bir tədbir əhatə etdiyi məsələyə uyğun olaraq keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Azərbaycan hər zaman malik olduğu enerji resursları, coğrafi mövqeyi ilə dünyanın diqqətində olub. Öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək xalqımızın ən böyük arzusu idi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı mərhələ yeni neft strategiyasının hazırlanması və uğurla həyata keçirilməsi ilə xarakterizə olunur. 1994-ci ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın bugünkü və gələcək inkişafının əsası qoyuldu. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi hazırda 350 milyard dollardan artıqdır. Bu reallığı da qeyd etmək lazımdır ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan ölkələrin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Ümummilli Lider Heydər Əliyevin uğurlu və düşünülmüş siyasəti nəticəsində bu tərəddüdlərin aradan qaldırılması təmin edildi. Ulu Öndər "Əsrin müqaviləsi"nin imzalanmasından öncə dünya təcrübəsinə əsasən bu çağırışı səsləndirmişdi ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Bu sazişin imzalanmasından öncə neft-qaz sərgisinin keçirilməsi Azərbaycanın malik olduğu enerji imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyev çıxışında da qeyd etdi ki, Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladı. Əgər 1994-cü ilə nəzər salsaq, keçmişdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adam başına düşən ən yüksək qaçqın sayı idi. Bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini, hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu.

Deputat bildirib ki, Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsi olaraq 1999-cu ildə Dövlət Neft Fondu yaradıldı. Neft gəlirlərinin idarə edilməsində şəffaflığın qorunması üçün atılan bu mühüm addım Azərbaycanın uğurlu gələcəyinə, ölkəmizin daha da güclənməsinə, insanların sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdi. Hazırda burada toplanan vəsaitin hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bunlar da ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirir. Dövlət başçısı İlham Əliyev çıxışında bu məqamlara diqqəti yönəltdi. Qeyd etdi ki, biz ehtiyatlarımızı Dövlət Neft Fondu və Mərkəzi Bankda topladıq. Beləliklə, ehtiyatlarımız xarici borcu 18 dəfədən çox üstələyir. Bütün bunlar birinci növbədə bizim təbii sərvətlərimizdən düzgün istifadə etdiyimizə görə baş verdi. Biz həm investorlara, həm də ev sahibi ölkəsinə qazanc gətirən vəziyyəti yaratdıq. Biz milli maraqlar üzərində dayanan çox praqmatik siyasət həyata keçirtdik və işimizə müdaxilə etmək, bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq. Biz hər bir işi strategiyamız əsasında etdik. Bütün taktiki gedişlərimiz həmin strategiyaya əsaslanırdı. "Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir" söyləyən Prezident İlham Əliyev bildirdi ki, aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Başlanğıcda borc götürmək məcburiyyətində idik, lakin sonra strategiyamız borc götürməyi dayandırmaq və borcları ödəmək oldu ki, istənilən beynəlxalq maliyyə institutundan asılı olmayaq. Bu gün xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur.

V.Rəhimzadə Azərbaycanın Avrasiyanın vacib nəqliyyat qoşaqlarının birinə çevrildiyini xüsusi vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyev çıxışında diqqəti Azərbaycan dövlətinin dəmir yolu və avtomobil yolu infrastrukturuna qoyduğu sərmayələr sayəsində ölkəmizin yeni nəqliyyat dəhlizləri açmasına və qitələri bir-biri ilə əlaqələndirməsinə yönəltdi: "Dövlət başçısı bildirdi ki, artıq Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir. Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcək. Bu reallıq xüsusi qeyd edildi ki, bütün bu nailiyyətlər yüksəksəviyyəli diplomatik fəaliyyət nəticəsində mümkün olmuşdur. Çünki Azərbaycan dənizə birbaşa çıxışı olmayan ölkədir. Bizim dünya okeanlarına çıxışımız yoxdur. Bu səbəbdən enerji resurslarımızı ixrac etmək üçün digər ölkələrin ərazisindən keçmək zərurəti yaranır. Buna nail olmaq üçün isə yalnız qonşularınızla deyil, qonşularınızın qonşuları ilə də yaxşı münasibətlər qurmalısınız. Biz buna nail olmuşuq".

V.Rəhimzadə vurğulayıb ki, Azərbaycanın enerji siyasəti uğurlarımızın davamlılığını şərtləndirir. Hər il ənənəvi olaraq keçirilən Bakı Enerji Həftəsi yeni əməkdaşlıqlara yol açır. İmzalanan sənədlər yeni tərəfdaşların, dostların qazanılmasını şərtləndirir. Prezident İlham Əliyev bir daha bu əminliyi ifadə etdi ki, aparılan müzakirələr, təmaslar, yeni ideyalar və nəticəyönümlü planlar hamımız üçün faydalı olacaq.

Paylaş

Xəbər lenti

"Rosselxoznadzor" Ermənistandan üzüm və meyvə idxalını məhdudlaşdırıb Bu gün, 00:48 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb Dünən, 23:48 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib Dünən, 23:48 Qlobal enerji gündəmi Bakı Enerji Həftəsində formalaşır Dünən, 23:48 Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq Dünən, 23:48 İsrail Ordusu Beyrutun cənubundakı sakinləri təxliyə olunmağa çağırıb Dünən, 23:48 "Haber Global": "İlham Əliyev Bakı Enerji Həftəsində mühüm mesajlar verdi" Dünən, 22:48 IRENA yaşıl enerji layihələri ilə bağlı Azərbaycanın liderliyini təqdir edib Dünən, 22:48 Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşlardan birinə çevrilib Dünən, 22:48 "Mançester Siti"də yeni dövr: Qvardiolanı köməkçisi əvəz edə biləcək? Dünən, 22:48 SOCAR-la "ExxonMobil Corporation" arasında memorandum üzrə görülən işlər nəzərdən keçirilib Dünən, 22:48 Prezident: "Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcək" Dünən, 21:48 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik edib Dünən, 21:48 40 yaşdan sonra şirniyyata meyl artmasının səbəbi açıqlanıb Dünən, 21:48 Azərbaycan "ağıllı" strategiyanın praktik nümunəsini təqdim edir Dünən, 21:48 "Acwa": Mərkəzi Asiya ölkələrində aparılan islahatlar BOEM-ə investisiyaların artımını təmin edib Dünən, 20:48 ABŞ və ÇXR təhlükəsizlik məsələləri üzrə birgə məsləhətləşmələr keçirib Dünən, 20:48 Bu hallarda sürücülük hüququndan məhrum edilə bilərsiniz - XƏBƏRDARLIQ Dünən, 20:48 Bakı-Tbilisi-Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verilir Dünən, 20:48 Prezident İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olunub Dünən, 20:48 Şərqi Zəngəzurla Naxçıvan arasında 1 000 MVt-lıq layihə: Müzakirələr başladı Dünən, 19:48 Şəkinin iki kəndində qaz kəsiləcək Dünən, 19:48 Azərbaycanda yumurtanın qiyməti ucuzlaşa bilər Dünən, 19:48 Qırğızıstan Mərkəzi Asiya ölkələrini bərpa olunan enerji mənbələrini birgə inkişaf etdirməyə çağırıb Dünən, 19:48 Üzərində ev tikilmiş kanalizasiya kollektoru partladı: Təmir işləri aparmaq mümkün olmur Dünən, 18:48 Bakıda səhiyyə mərkəzinin əməkdaşı VƏFAT ETDİ Dünən, 18:48 SOCAR, "TotalEnergies" və XRG rəhbərləri arasında görüş keçirilib Dünən, 18:48 Həkim sağlam qocalmaq üçün hər gün bu meyvəni yeməyi tövsiyə edib Dünən, 18:48 Yerlan Akkenjenov: "Qazaxıstan qısa müddətdə BTC ilə tranzit həcmini artırmağa hazırdır" Dünən, 18:48 Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib Dünən, 18:48 Bakıda milyonluq mənzillər və villalar hərraca çıxarılır - SİYAHI Dünən, 18:48 Azərbaycanda sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ Dünən, 17:48 Yollarda tıxac və qəzaların sayını azaldan HƏLL YOLU Dünən, 17:48 SOCAR Serbiya şirkəti ilə Niş şəhərində qaz elektrik stansiyasının tikintisi ilə bağlı müqavilə imzalayıb Dünən, 17:48 Mesut Özil: "Qarabağ" Çempionlar Liqasında çox gözəl oynadı" Dünən, 17:48 DSX rəisi iranlı generalla müzakirələr apardı Dünən, 17:48 Sosial şəbəkələr və oyunlar: Yeni dövrün səssiz təhlükəsi Dünən, 17:48 Röya Ayxandan təqdirəlayiq addım Dünən, 17:48 Sevgilisini anlaqsız vəziyyətdə xüsusi amansızlıqla öldürən şəxs barədə YEKUN QƏRAR Dünən, 17:48 Sahibə Qafarova Serbiyada səfərdədir Dünən, 17:48 Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması müzakirə edib Dünən, 17:48 Starmer: Britaniya iqlim məsələsində xalis sıfıra nail olmaq məqsədilə Azərbaycanla işləməyə sadiqdir Dünən, 17:48 Ləğv olunmuş MTN-in sabiq generalı ölüb Dünən, 16:48 Səhiyyə Nazirliyi Xankəndidə uşaqlar üçün tibbi aksiya keçirdi Dünən, 16:48 Banqladeş SOCAR ilə LNG tədarükünə dair danışıqlar aparır Dünən, 16:48 İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib Dünən, 16:48 SOCAR: Operatorlar, texnologiya təchizatçıları və xidmət şirkətləri arasında sıx əməkdaşlıq vacibdir Dünən, 16:48 Bu tarixlərdə rayonlara yağış yağıb, sel keçəcək - XƏBƏRDARLIQ Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR