
Qazaxıstanın Jambıl vilayətində hərbi təyinatlı pilotsuz uçuş aparatının (PUA) yerə düşməsi qeydə alınıb.
BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı məlumatı ölkənin Müdafiə Nazirliyi təsdiqləyib.
Bildirilib ki, insident iyunun 2-də Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus pilotsuz aparatın planlaşdırılmış təlim uçuşu zamanı baş verib.
Məlumata görə, PUA Jambıl vilayətinin Talas rayonu ərazisində gözlənilməz şəkildə eniş edib. Hadisə nəticəsində xəsarət alan olmayıb, həmçinin yaşayış məntəqələrinə və ya infrastruktura ziyan dəyməyib.
İlkin ehtimallara əsasən, insidentə texniki nasazlıq səbəb olub. Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.