
Türkiyədə yeni mövsümün ən iddialı layihələrindən biri hesab edilən "Aşk ve Taht" serialı ilə bağlı diqqətçəkən detal məlum olub.
AVESTA.AZ xəbər verir ki, tarixi mövzusu ilə maraq doğuran ekran əsərinin baş rolunu məşhur aktyor Akın Akınözü canlnadıracaq.
"ATV" kanalında yayımlanacaq serialın istehsalçısı tarixi layihələri ilə tanınan Mehmet Bozdağ olacaq.
Layihənin rejissorluğunu isə Taylan Biraderler həyata keçirəcək.
Məlumata görə, yeni mövsüm üçün çoxsaylı təkliflər alan Akın Akınözü seçimini məhz "Aşk ve Taht" serialından yana edib.
Aktyor ekran əsərində Anadolu Səlcuq dövlətinin ən qüdrətli hökmdarlarından biri hesab olunan I. Alaeddin Keykubad obrazını canlandıracaq.
Ssenarisi Serdar Özönalan, Hasan Erimez, Özlem Atasoy və Melek Yalçın tərəfindən qələmə alınan serialın aktyor heyətinin formalaşdırılması prosesi isə hələ də davam edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.