
Abşeron rayonunun Saray qəsəbəsində yeni uşaq bağçasının tikintisi planlaşdırılır.
AVESTA.AZ-in məlumatına görə, "MİDA" MMC tərəfindən 4,5 hektar ərazidə 80 yerlik, iki mərtəbədən ibarət uşaq bağçasının inşası nəzərdə tutulur.
Layihənin ehtimal olunan dəyəri 3 milyon 17 min manat təşkil edir. Müsabiqə sənədlərinə görə, tikinti işləri çərçivəsində ilk növbədə ərazidə geniş torpaq-qazıntı işləri aparılacaq.
Qeyd edək ki, layihənin həyata keçirilməsi Saray qəsəbəsində məktəbəqədər təhsil infrastrukturunun genişləndirilməsinə və uşaqların bağça xidmətlərinə çıxış imkanlarının artırılmasına xidmət edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.