
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil 84 xarici vətəndaşı ölkədən deportasiya edib.
AVESTA.AZ xəbər verir ki, bu barədə Gürcüstan DİN sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, idarə tərəfindən həyata keçirilən kompleks tədbirlər zamanı Türkiyə, Hindistan, Türkmənistan, Rusiya, Ermənistan, Nigeriya, Uqanda, Özbəkistan, Misir, Pakistan, Çin, Azərbaycan, Əlcəzair, Banqladeş, İraq, Keniya, Sudan, Tailand və digər ölkələrin vətəndaşları ölkədən çıxarılıblar.
Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.