
Ukrayna Mariupoldan olan və reabilitasiya üçün Azərbaycana gələn uşaqlara göstərilən dəstəyi yüksək qiymətləndirir.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bildirib.
"Bu gün bizə Mariupoldan olan ukraynalı uşaqların daha bir qrupu qoşulur. Bu uşaqlar müharibəni görüblər. Biz ölkələrimizi və uşaqları birləşdirən bu vacib proqrama görə Azərbaycan hökumətinin, bütün xalqının dəstəyini yüksək qiymətləndiririk", - o qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.