
Ukraynalı uşaqlardan ibarət daha bir qrup reabilitasiya məqsədilə Azərbaycana gəlib.
AVESTA.AZ-in məlumatına görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev özünün sosial şəbəkə hesabında paylaşım edib.
Səfir bildirib ki, bu, 2026-cı il ərzində reabilitasiya məqsədilə Azərbaycana göndərilən üçüncü uşaq qrupudur.
Məlumata əsasən, proqram çərçivəsində uşaqlara psixoloji və fiziki reabilitasiya dəstəyi göstərilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.