4-06-2026, 21:48 235

Qazaxıstan Prezidenti bu il Azərbaycana səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bu il Azərbaycana səfəri gözlənilir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Astanada Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Diplomat vurğulayıb ki, son beş ildə Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlər fəal və ardıcıl şəkildə inkişaf edib: "Bu il mənim Qazaxıstandakı diplomatik fəaliyyətimin beş ili tamam olur. Bu dövr ərzində ikitərəfli münasibətlər fəal və ardıcıl inkişaf edib. Bu gün Azərbaycan və Qazaxıstan arasında demək olar ki, bütün məsələlər üzrə yüksək səviyyədə qarşılıqlı anlaşma, etimad və dəstək mövcuddur".

A. Atamoğlanov qeyd edib ki, iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri yeni səviyyəyə yüksəlib. O, 2022-ci ildə Strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamənin imzalanmasını, eləcə də 2023-cü ildə Ali Dövlətlərarası Şuranın yaradılması və iki iclasını xatırladıb.

Səfir həmçinin iki dövlət başçısı arasındakı intensiv siyasi dialoqa diqqət çəkib. Onun sözlərinə görə, son beş ildə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana 8 dəfə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə Azərbaycana 6 dəfə səfər edib.

"Bu il Qazaxıstan Prezidentinin Azərbaycana səfəri gözlənilir", - diplomat vurğulayıb.

O əlavə edib ki, fəal təmaslar digər yüksək səviyyələrdə də davam edir. 2022–2025-ci illərdə iki ölkənin baş nazirləri səkkiz qarşılıqlı səfər, xarici işlər nazirləri isə yeddi qarşılıqlı səfər həyata keçiriblər.

A. Atamoğlanov bildirib ki, Azərbaycan və Qazaxıstan arasında müqavilə-hüquq bazası genişlənməyə davam edir: təkcə son dörd il ərzində 64 sənəd imzalanıb, ölkələr arasında imzalanmış sənədlərin ümumi sayı isə 190-a çatıb.

Səfir nəqliyyat, logistika, investisiya, energetika, "yaşıl energetika" və ticarət sahələrində əməkdaşlığın artdığını qeyd edib. Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 5 dəfə artıb, yaradılmış Azərbaycan-Qazaxıstan Birgə İnvestisiya Fondu isə artıq bir neçə layihəni nəzərdən keçirir.

Diplomat xüsusi olaraq Orta Dəhlizin roluna toxunaraq bildirib ki, Azərbaycan və Qazaxıstan onun cəlbediciliyinin, rəqabət qabiliyyətinin, daşımaların sürətinin və təhlükəsizliyinin artırılması üzrə birgə səylərini davam etdirir. Hazırda dəhliz vasitəsilə daşıma 15–18 gün çəkir.

A. Atamoğlanov həmçinin qeyd edib ki, beynəlxalq səviyyədə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" kimi tanınan Zəngəzur dəhlizinin işə salınması Orta Dəhlizin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin Azərbaycan hissəsində avtomobil yolunun 90 %-i, dəmir yolunun isə təxminən 70 %-i artıq hazırdır.

Diplomat bildirib ki, yaxın aylarda "Rəqəmsal İpək Yolu" layihəsinin bir hissəsi olan Azərbaycan və Qazaxıstan arasında Transxəzər fiber-optik rabitə xəttinin istifadəyə verilməsi planlaşdırılır.

O, həmçinin Xəzər dənizi vasitəsilə Avropa bazarlarına "yaşıl enerji" ixracı layihəsinin uğurla həyata keçirilməsini qeyd edib. Layihənin praktiki icrası üçün Azərbaycan, Qazaxıstan və Özbəkistan müvafiq saziş imzalayıb və birgə müəssisə yaradıblar.

Humanitar əməkdaşlıqdan danışan A. Atamoğlanov mədəniyyət, təhsil və turizm sahələrində əlaqələrin inkişafını vurğulayıb. Onun sözlərinə görə, 2025-ci ildə Qazaxıstandan Azərbaycana gələn ziyarətçilərin sayı 104 min nəfərə çatıb, bu da 2021-ci illə müqayisədə 1,5 dəfə çoxdur.

O əlavə edib ki, 2025-ci ilin statistikasına əsasən, Qazaxıstan universitetlərində 346 Azərbaycan vətəndaşı, Azərbaycan universitetlərində isə 180 Qazaxıstan vətəndaşı təhsil alır.

Sonda diplomat Qazaxıstanın onun ailəsi üçün ikinci vətənə çevrildiyini vurğulayıb və iki qardaş ölkə arasında dostluğun bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu bildirib.

Paylaş

Xəbər lenti

Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR