
Quba rayonunda yağan intensiv yağışlar nəticəsində Aydınkənd kəndində fəsadlar yaranıb.
AVESTA.AZ apa-ya istinadən xəbər verir ki, güclü sel kəndin infrastrukturuna, eləcə də yaşayış evlərinə və yardımçı tikililərə ziyan vurub.
Sel suları kəndi rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun bir hissəsini yuyub.
Hazırda yolun açılması üçün tədbirlər görülür.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.