
Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partlaması nəticəsində 62 yaşlı general-leytenant həlak olub.
AVESTA.AZ xəbər verir ki, partlayıcı qurğu BMW X3 markalı avtomobil dayanacaqdan hərəkətə başladıqdan bir neçə saniyə sonra işə düşüb. Avtomobil təxminən 50 metr irəlilədikdən sonra partlayıb.
Bildirilir ki, partlayıcı qurğu avtomobilə əvvəlcədən yerləşdirilib. Hadisə zamanı iki partlayışın baş verdiyi qeyd olunur.
Hadisənin təfərrüatları araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.