
Azərbaycan rəqəmsal iqtisadiyyatın inkişafını əsas strateji istiqamətlərdən biri kimi müəyyənləşdirib.
AVESTA.AZ xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov "Dayanıqlılıq və enerji transformasiyası" mövzusunda keçirilən "Technovation" Forumunda deyib.
O bildirib ki, rəqəmsal transformasiya Azərbaycan üçün yalnız gələcəyə hesablanmış bir məqsəd deyil, həm də ölkənin hazırkı strateji prioritetləri sırasında yer alır:
"Son iki onillik ərzində həyata keçirilən məqsədyönlü investisiyalar, müasir infrastruktur layihələri və islahatlara əsaslanan biznes mühiti uzunmüddətli inkişaf üçün möhkəm zəmin formalaşdırıb. Bu gün qeyri-neft sektoru iqtisadiyyatın əsas dayaqlarından biri kimi çıxış edir və iqtisadi artımın başlıca hərəkətverici qüvvəsi olaraq qalır. Bununla bağlı məqsədimiz aydındır: iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, innovasiyalara əsaslanan inkişaf modelini gücləndirmək və gələcəyin çağırışlarına cavab verən rəqabətqabiliyyətli iqtisadiyyat qurmaq. Bu hədəflərə çatmaq üçün rəqəmsal transformasiya iqtisadi gündəliyimizin mərkəzində yer alır".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.