
Quba rayonunda 74 yaşlı kişi ehtiyatsızlıqdan aldığı xəsarətdən ölüb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə iyunun 10-da Cağacuq kəndində baş verib. Kənd sakini 1952-ci il təvəllüdlü Əşrəf Baloğlanov yaşadığı evdə işləyərkən ehtiyatsızlıqdan laqunda ilə ayaq nahiyəsinə xəsarət yetirib. O, xəstəxanaya aparılarkən qanaxmadan ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.