
Gəncədə qətl hadisəsi baş verib.
AVESTA.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin Q. Ə. Şıxlinski küçəsində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü Ramazan Əliyev əmisi 1963-cü il təvəllüdlü Fazil Əliyevi qətlə yetirməkdə şübhəlidir.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, tərəflər arasında mülk mübahisəsi olub.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.