9-01-2023, 19:20 510

DB “Böyük qayıdış” proqramının həyata keçirilməsində Azərbaycana dəstək verəcək

Dünya Bankı (DB) məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasına dəstək vermək üçün Azərbaycan hökuməti ilə uzunmüddətli xarakter daşıyacaq siyasi dialoqa başlamağa hazırlaşır.

“Report” DB-yə istinadən xəbər verir ki, Azərbaycan 2021-ci il iyulun 1-dən yüksək intensivlikli beynəlxalq münaqişənin təsirinə məruz qalan ölkə kimi həssas və münaqişələrdən əziyyət çəkən ölkələr siyahısına daxil edilib.

“Dünya Bankı Qrupunun 2020-ci il Qeyri-sabitlik və Münaqişə Strategiyasında bu siyahıda yer alan ölkələrin üzləşdikləri mürəkkəb problemlərin həllinə uyğunlaşdırılmış yanaşmalar, siyasətlər və alətlər vasitəsilə dəstəklənməyin vacibliyi vurğulanır. Azərbaycan ilə bağlı vəziyyətdə bu, münaqişədən sonrakı bərpa və yenidənqurmanın dəstəklənməsində məqsədyönlü iştirakı nəzərdə tutur”, - DB qeyd edir.

2021-ci ilin noyabr ayından DB Dünya Bankı Qrupunun Dövlət Quruculuğu və Sülh Fondu vasitəsilə maliyyələşmənin bir hissəsi kimi hökumətə analitik və texniki yardım göstərir. “Azərbaycanda Sülhə Dəstək və Yenidənqurma” layihəsi üçün ayrılan qrant vasitəsilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini məlumatlandırmaq üçün analitik iş, o cümlədən cari dolanışıq vasitələri, xidmətlər və sosial inklüzivliyin anlaşılmasına yönəlmiş məcburi köçkün sorğusu aparılıb. Məcburi köçkünlərin dolanışıq fəaliyyəti ilə bağlı sənəd hazırlanıb.

“Hökumətə dəstək olmaq üçün bank məcburi köçkünlük problemlərinin həllində toplanmış bilik və təcrübəsini səfərbər edəcək. Aparılan analitik işlərlə yanaşı, Füzuli, Ağdam və Cəbrayılın yenidən qurulması ehtiyaclarının birgə qiymətləndirilməsinə dəstək veriləcək, o cümlədən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilər üzrə Prezidentin Xüsusi Nümayəndəsinin Aparatına idarəetmə informasiya sistemləri, yerli özünüidarəetmə və “ağıllı şəhər”in inkişafı məsələləri ilə bağlı vaxtlı-vaxtında məsləhətlər verilib”, - DB-nin açıqlamasında deyilir.

Bankdan qeyd edilib ki, Azərbaycan öz inkişafının növbəti mərhələsinə hazırlaşır və transformasiya ilə bağlı bir çox məsələlər “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafın Milli Prioritetləri” sənədində öz əksini tapıb. Azərbaycan hökuməti bir sıra islahatlar yolu ilə iqtisadi, sosial və struktur dəyişikliklər həyata keçirir.

“Hökumət 2026-cı ilə qədər 34,5 min ailənin geri qayıtması və bərpa işlərini nəzərdə tutan iddialı strategiyanı – “Böyük qayıdış” dövlət proqramını həyata keçirməyə başlayıb. 2022-ci ilin iyul ayına olan məlumata görə, artıq 66 ailə Zəngilan rayonunun Ağalı kəndində yeni salınmış “ağıllı kənd”ə köçürülüb. Köçürülmə planına əsasən, ümumilikdə 200 ailə oraya qayıdacaq.

Bununla belə, aydındır ki, məcburi köçkünlərin sonrakı köçürülməsi müxtəlif səbəblərə, o cümlədən davam edən sərhədlərin dəqiqləşdirilməsinə və münaqişə ərazilərində minaların olması ilə əlaqədar təhlükəsizlik problemlərinə görə vaxt aparacaq. Beləliklə, daha bir müddət öz doğma yerlərinə qayıda bilməyən yoxsul və həssas məcburi köçkünlərin ehtiyaclarını ödəmək lazımdır”, - DB hesab edir.

“Hökumət ilkin olaraq 2023-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə “Böyük qayıdış” dövlət proqramı çərçivəsində vəsait ayırıb və güman ki, sonrakı dövrdə DB-dən maliyyələşmənin artırılması bu artan ehtiyacı ödəmək üçün resurs mənbəyinə çevrilə bilər”, - bankdan qeyd ediblər.

Xatırladaq ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycan əhalisinin təxminən yeddidə biri - 600 minə yaxın insan Qarabağdan və Azərbaycanın ona bitişik rayonlarından didərgin düşmüş və 30 ilə yaxın müddətdə məcburi köçkün vəziyyətinə düşərək ölkənin başqa rayonlarında məskunlaşıb.

Paylaş

Xəbər lenti

Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Dünən, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Dünən, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Dünən, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR