
Perunun Hulyaka şəhərində hökumət əleyhinə etirazlar zamanı azı 12 nəfər ölüb, 38 nəfər yaralanıb.
“Report” xəbr verir ki, bu barədə San-Roman əyalətinin səhiyyə sistemi məlumat yayıb.
Qeyd olunub ki, ölənlərdən biri azyaşlıdır.
Yanvarın 6-da şəhərin hava limanı yaxınlığında etirazçılarla polis arasında toqquşmalar başlayıb.
Nümayişçilər dövlət başçısı Dina Boluartenin istefasını və prezident seçkilərinin yenidən keçirilməsini tələb edirlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.