
Futbol üzrə dünya çempionatında Kanada Bosniya və Herseqovina yığması ilə qarşılaşıb.
AVESTA.AZ xəbər verir ki, Toronto stadionunda keçirilən B qrupunun matçı 1:1 hesabı ilə yekunlaşıb.
Hesabı avropalılardan 21-ci dəqiqədə Yovo Lukiç açıb. Ev sahibləri məğlubiyyətdən 78-ci dəqiqədə qaça biliblər. Kayl Larin son nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, bu qrupun digər oyunu saat 23:00-da Qətər və İsveçrə yığmaları arasında keçiriləcək.
***
Futbol üzrə dünya çempionatının Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, Toronto stadionunda keçirilən B qrupunun matçında avropalılar fasiləyə 1:0 hesabı ilə üstün yollanıblar.
Qarşılaşmanı argentinalı FIFA referisi Fakundo Telyo idarə edir.
**** 23:25
Futbol üzrə dünya çempionatının Kanada - Bosniya və Herseqovina oyununda hesab açılıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, Toronto stadionunda keçirilən B qrupunun matçında avropalılar hesabda irəli çıxıblar.
Qarşılaşmanı argentinalı FIFA referisi Fakundo Telyo idarə edir.
*** 23:05
Futbol üzrə dünya çempionatının Kanada - Bosniya və Herseqovina oyunu start götürüb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, B qrupunun matçı Toronto stadionunda keçirilir.
Qarşılaşmanı argentinalı FIFA referisi Fakundo Telyo idarə edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.