14-06-2026, 15:48 415

Müəllim olmaq istəyənləri nə gözləyir? - Təhsil sistemində islahat

Əmək bazarında tələbatın az olduğu ixtisaslar üzrə plan yerlərinin mərhələli şəkildə azaldılacağı barədə xəbərlər yayılır. Bu kontekstdə pedaqoji ixtisasların azaldılması məsələsi də gündəmə gəlir. Elm və təhsil naziri Emin Əmrullayev keçən il Milli Məclisdə çıxışı zamanı bəzi universitetlərə tələbə qəbulu sayının azaldılmasının təhsildə keyfiyyətin artırılması niyyəti ilə əlaqələndirib.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, növbəti tədris ilindən etibarən 9 və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrində fiziki tərbiyə istiqaməti üzrə kadr hazırlığı aparılmayacaq. Media pedaqoji ixtisasların azaldılacağı barədə xəbərləri "Müəllimlərə bəd xəbər" başlığı ilə yayır.

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Müəllim olmaq istəyənləri nə gözləyir? - Təhsil sistemində islahat

Neçə müəllim yox, necə müəllim…

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) rəhbəri Pərvinə Qədimova hesab edir ki, bu məsələyə emosional deyil, strateji yanaşmaq lazımdır: "Əslində burada məqsəd müəllim sayını azaltmaq deyil, müəllim hazırlığında keyfiyyəti artırmaqdır. Əmək bazarının tələbinə uyğun olmayan, zəif akademik göstəricilərlə müəllim hazırlayan, maddi-texniki bazası və akademik potensialı kifayət etməyən proqramların yenidən nəzərdən keçirilməsi zəruridir". AGMA sədri bildirir ki, uzun illər ərzində bəzi ali təhsil müəssisələrində pedaqoji ixtisaslara qəbul daha çox say üzərindən qurulub və nəticədə əmək bazarının ehtiyacından artıq məzun hazırlanıb: "Bu gün əsas məsələ neçə müəllim yetişdirmək deyil, necə müəllim yetişdirməkdir. Müasir məktəb artıq yalnız dərs deyən müəllim yox, analitik düşünən, rəqəmsal bacarıqlara sahib, psixoloji yanaşmanı bilən və şagirdi həyata hazırlayan müəllim tələb edir".

Müəllim olmaq istəyənləri nə gözləyir? - Təhsil sistemində islahat

AGMA rəhbərinin fikrincə, digər mühüm məsələ ixtisaslaşmadır: "Dünyanın qabaqcıl təhsil sistemlərində müəllim hazırlığı daha çox ixtisaslaşmış universitetlər və güclü pedaqoji mərkəzlər üzərindən həyata keçirilir. Bu baxımdan, bizdə də müəyyən ixtisasların və ya proqramların birləşdirilməsi, bəzilərinin isə mərhələli şəkildə azaldılması gələcək üçün faydalı ola bilər".

"Qəbul planının birdən-birə azaldılması uğurlu addım olmayacaq"

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) baş müəllimi Xalidə Həmidovanın fikrincə, universitetlərin çoxunun tələbə qəbul potensialı heç də hazırkı qəbul planına uyğun deyil:

Müəllim olmaq istəyənləri nə gözləyir? - Təhsil sistemində islahat

"Bunun üçün həmin universitetlərin sovet dövründə tikilmiş binalarının yenilənməsi, yataqxanalarının təmir edilməsi, elektron bazalarının hazırlanması, yeni resursların alınması lazımdır. Universitetlər daxili büdcə hesabına maliyyələşən qurumlardır. Tələbə sayının azaldılması onların maddi vəziyyətini də sual altında qoyacaq". X.Həmidova hesab edir ki, pedaqoji kadrların azaldılması həm də rəqabət mühitinin azalmasına gətirib çıxaracaq: "Qəbul planının azaldılması tələbə sayının azalması deməkdir. Bu da öz növbəsində universitetlərdə təhsil haqlarının artırılmasına gətirib çıxara bilər. Son illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti müəllimlik ixtisasları üzrə qəbul planlarını 100 faiz doldurur. Bu o deməkdir ki, ehtiyac var. Bu baxımdan düşünürəm ki, qəbul planının birdən-birə azaldılması uğurlu addım olmayacaq. Yaxşı olar ki, qərar qəbul etməzdən öncə daha çox araşdırma aparılsın".

Müəllim olmaq istəyənləri nə gözləyir? - Təhsil sistemində islahat

Kəmiyyətdən keyfiyyətə keçid strategiyasının tərkib hissəsi

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov pedaqoji ixtisasların azaldılmasına ölkənin təhsil siyasətində kəmiyyətdən keyfiyyətə keçid strategiyasının tərkib hissəsi kimi baxır: "Bu, təklif və tələb arasındakı disbalansdan irəli gəlir. Hər il ali və orta ixtisas müəssisələrinə ayrılan 60 min plan yerindən 25 mini müəllimlik ixtisası üzrə olur. İllik vakant müəllim yerlərinin sayı isə maksimum 8-10 min civarında olur. Bu, hər il minlərlə məzunun işsiz qalmasına səbəb olur. Həmçinin universitetlərin daha çox tələbə qəbul edərək pul qazanmaq cəhdləri kadr hazırlama keyfiyyətini kölgədə qoyur. Universitetlərin bu yanaşması kökündən yanlışdır. Ali məktəblər pulu yalnız tələbənin ödəyəcəyi təhsil haqqı ilə qazanmamalıdırlar. Bu mənada qəbul planının azaldılması hər bir tələbəyə düşən xərcin və diqqətin artmasına, nəticədə daha peşəkar kadrların hazırlanmasına xidmət edəcək".

Müəllim olmaq istəyənləri nə gözləyir? - Təhsil sistemində islahat

Ekspert bildirir ki, xüsusən region universitetlərində və kolleclərdə aşağı balla müəllim ixtisasına qəbul təhsilin təməlinin zəifləməsinə gətirib çıxarır. Kollec məzunları MİQ imtahanlarında da uğursuz nəticə göstərirlər. İ.Orucov demoqrafik dəyişikliklərin də müəllimə tələbatı azaltdığını düşünür. Onun sözlərinə görə, ölkədə doğum səviyyəsi ilbəil aşağı düşür. Paralel olaraq birinci siniflərə qəbul statistikasında da azalma var: "Hesab edirəm ki, bu mənada pedaqoji ixtisasların azaldılması doğru addımdır". Ekspert bildirir ki, müəllim hazırlığının mərkəzləşdirilməsi də çox önəmlidir: "Pedaqoji kadr hazırlığı əsasən bu sahədə ixtisaslaşmış dövlət universitetlərində saxlanılmalıdır. Məqsəd kəmiyyət deyil, hazırlıqlı mütəxəssis yetişdirmək olmalıdır".

Paylaş

Xəbər lenti

"İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR