14-05-2025, 15:48 618

Universitetə hazırlaşanlar üçün SEVİNDİRİCİ XƏBƏR

"2025-ci il üzrə ali təhsil müəssisələrinə qəbul planı Azərbaycan təhsil sistemində ciddi dəyişikliklərin və transformasiya cəhdlərinin davam etdiyini göstərir. Bu il qəbul plan yerlərinin sayının artırılması, yeni ixtisasların təqdim edilməsi, regional universitetlərin aktivləşdirilməsi və dövlət sifarişli yerlərin genişləndirilməsi istiqamətində atılan addımlar həm təhsil siyasətinin sosial yönümlü aspektlərini gücləndirir, həm də ölkənin strateji inkişaf prioritetləri ilə üst-üstə düşür".

Bu sözləri AVESTA.AZ-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib

Onun sözlərinə görə, bu qərarın arxasında ciddi pedaqoji, əmək bazarı və keyfiyyətlə bağlı suallar da var:

"Təhsil haqqında Qanunun 4-cü maddəsində göstərilir ki, təhsil sisteminin əsas məqsədlərindən biri cəmiyyətin sosial sifarişinə və əmək bazarının tələblərinə uyğun kadr hazırlığıdır. Bu kontekstdə plan yerlərinin artırılması anlayışı ilk baxışdan bu məqsədə xidmət edir. 2025-ci ildə qəbul planının 63-65 min nəfərə çatdırılması gözlənilir ki, bu da ötən illə müqayisədə təxminən 7-10% artım deməkdir.

Bu artım xüsusilə dövlət sifarişli yerlərin çoxaldılması, Qarabağ Universiteti kimi yeni ali təhsil müəssisələrinin tədris prosesinə cəlb olunması, eyni zamanda regional filialların aktivləşdirilməsi ilə əlaqədardır. Qarabağ Universitetinə bu il azı 2000 nəfərlik qəbul planı ayrılıb, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında isə bu rəqəm 400 nəfərdir.

Müsbət tərəflərdən biri ondan ibarətdir ki, bu artım ali təhsilə çıxış imkanlarını genişləndirəcək və regionlar üzrə ali təhsilin əlçatanlığını artıracaq. Beləliklə, sosial bərabərlik prinsipi gücləndiriləcək. Dövlət sifarişli yerlərin artması isə iqtisadi baxımdan daha zəif olan ailələrin övladlarının təhsil almasına şərait yaradacaq. Eyni zamanda qəbul planında informasiya texnologiyaları, mühəndislik, süni intellekt, kibertəhlükəsizlik, kənd təsərrüfatı mühəndisliyi və biotexnologiya kimi müasir və əmək bazarında tələbat yüksək olan ixtisaslara yer ayrılması bu sahədə kadr çatışmazlığının qismən aradan qaldırılması üçün pozitiv addımdır".

Ekspert əlavə edib ki, bu artımın arxasında dayanan keyfiyyət təminatı məsələsi ciddi suallar doğurur:

"Qəbul planının artması universitetlərin akademik və maddi-texniki potensialı ilə uzlaşmırsa, bu, nəticədə təhsilin keyfiyyətinə zərbə vura bilər. Dövlət Statistika Komitəsinin 2023-cü il məlumatına əsasən, ali məktəb məzunlarının yalnız 52%-i iki il ərzində ixtisasına uyğun işlə təmin olunub. Əgər plan yerlərinin artması bu göstəriciyə təsir etməyəcək, əksinə diplomlu, lakin bacarıqsız və işsiz gənclərin sayını artıracaqsa, bu zaman artımın özü problemə çevriləcək.

Ali məktəblərin plan yerlərinin artırılması onların infrastruktur imkanları, müəllim heyətinin peşəkarlığı, laborator baza və tədqiqat mühiti ilə uzlaşdırılmalıdır. Əgər universitetlər bu artıma uyğun əlavə resurs və dəstək almırsa, tələbə sayı artsa da, tədrisin keyfiyyəti düşəcək. Burada Təhsil haqqında Qanunun 9-cu maddəsində qeyd olunan "təhsilalanların bilik və bacarıqlarının dərinləşdirilməsi üçün zəruri şəraitin yaradılması" tələbi pozula bilər. Yəni, tələbə qəbul etmək hüququ olan ali məktəb bu tələbəyə keyfiyyətli təhsil vermək imkanına da malik olmalıdır. Əks halda, bu artım yalnız statistik göstəriciləri şişirtmək funksiyası daşıyacaq.

Dünya təcrübəsində ali təhsil planlaması yalnız tələbə sayı ilə deyil, əmək bazarının real analizi, regionların inkişaf prioritetləri və universitetlərin elmi-tədris tutumu əsasında tənzimlənir. Məsələn, Almaniyada qəbul planı federal səviyyədə əmək bazarının proqnozları əsasında müəyyənləşdirilir. Eyni zamanda universitetlərə əlavə tələbə qəbul etmək üçün maddi dəstək və akademik infrastruktur təmin olunur. Finlandiyada isə yeni ixtisaslar açıldıqda əvvəlcə pilot proqramlar tətbiq olunur, bu proqramlar müstəqil qiymətləndirmədən keçdikdən sonra geniş tətbiq edilir. Bu təcrübələr göstərir ki, yalnız rəqəmlə oynamaq yox, rəqəmin arxasındakı keyfiyyət təminatını qurmaq əsasdır".

Kamran Əsədov qeyd edib ki, 2025-ci ildə qəbul planının artırılması özlüyündə sosial və strateji baxımdan müsbət addımdır:

"Amma bu artımın universitetlərdə tədrisin səviyyəsinə, tələbələrin akademik nailiyyətlərinə, məzunların işlə təminat göstəricilərinə, ümumilikdə təhsil sisteminə necə təsir edəcəyi əsas sualdır. Bu suala cavab vermək üçün həm normativ baza yenilənməli, həm də ali təhsilin keyfiyyətə əsaslanan idarəetmə modeli qurulmalıdır.

Əgər bu artım məsuliyyətsiz və planlaşdırılmamış formada həyata keçirilərsə, nəticədə diplomlu, amma işsiz və ya ixtisasına uyğun olmayan sahədə çalışan gənclərin sayı artacaq, təhsilə olan ictimai etimad zəifləyəcək. Ona görə də bu artım paralel şəkildə tədris resurslarının artırılması, təcrübə bazalarının yaradılması, müəllim heyətinin gücləndirilməsi və universitetlərdə keyfiyyət mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi ilə müşayiət olunmalıdır.

Bizə təkcə çoxlu tələbə yox, keyfiyyətli məzunlar lazımdır. Təhsilin məqsədi diplom vermək deyil, cəmiyyətə dəyər qatan insan yetişdirməkdir. Bu məqsədlə qəbul planı artırıla bilər, amma bu artım ali təhsilin mahiyyətinə və keyfiyyətinə uyğun tənzimlənməlidir. Əks halda, bu artım təhsilin yükünü artıracaq, dəyərini yox".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR